Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
ermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin taxıl biçini yekunlaşıb. Bu il muxtar respublika üzrə ümumilikdə 17 582,7 hektar sahədə taxıl əkilib. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, bunun 16 946,5 hektarını payızlıq, 636,2 hektarını isə yazlıq əkinlər təşkil edib. Əkin sahələrinin 8 275,8 hektarında buğda, 9 306,9 hektarında isə arpa yetişdirilib.
Biçin nəticəsində ümumilikdə 37 648,8 ton məhsul əldə olunub. Bu məhsulun 18 136,9 tonu buğda, 19 511,9 tonu isə arpa olub. Muxtar respublika üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar təşkil edib. Ən yüksək məhsuldarlıq göstəricisi 36,8 sentner/hektar Sədərək rayonunda qeydə alınıb.
Bu il Naxçıvanda taxıl əkininə görə 5 512 fermerə ümumilikdə 3,7 milyon manatdan çox subsidiya ödənilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində mövsümün nəticələri və qarşıdan gələn əkin dövrünə hazırlıqla bağlı keçirilən iclasda komissiya yaradılıb. Yeni yaradılmış komissiya payızlıq əkinlərin proqnozlaşdırılması, istehsalçıların kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının öyrənilməsi, aqrotexniki tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi, eləcə də Naxçıvanın torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat işlərini tənzimləyəcək. Bununla yanaşı, suvarma işlərinin səmərəli təşkili və əkinlərin optimal müddətdə aparılması da komissiyanın əsas fəaliyyət istiqamətləri sırasında yer alır.
Komissiyanın fəaliyyəti çərçivəsində görüşlər keçiriləcək, əkin prosesinin gedişi ilə bağlı operativ və məqsədyönlü tədbirlərin icrası təmin ediləcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
