Aqrar Sığorta Fondu bu il 41 rayonda fermerlərə sığorta ödənişi edib
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan bölgələrин sırası genişlənir.
2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərlər üzrə 41 rayonda fermerlərə aqrar sığorta ödənişləri edib.
Fondun yaydığı məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş edilən rayonların sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 37 rayonda aqrar sığorta ödənişləri həyata keçirilmişdi.
Yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən – Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Xocalı, Beyləqan, Şəki, Samux, Sabirabad, Qax, Balakən, Yevlax, İsmayıllı, Kürdəmir, Zaqatala, İmişli, Qobustan, Goranboy, Bərdə, Xocavənd, Göyçay, Ağdam, Şamaxı, Xaçmaz, Qəbələ, Şəmkir, Yardımlı, Astara, Qusar, Neftçala, Oğuz, Zərdab, Masallı, Lerik, Ağdaş, Xızı, Cəbrayıl, Cəlilabad və Siyəzən rayonlarına ödənişlər edilib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 41 rayonda ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55% artıqdır. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib.
Ən çox zərər ödənişi həyata keçirilən rayonlar Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki olub.
Hesabat dövründə ən çox ödənişlər taxıl, qarğıdalı, pambıq sahələri ilə yanaşı, günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinləri üzrə olub. Fermelərə ən çox zərər vuran hadisələr isə dolu, sel-subasma, fırtına və leysan olub.
Xatırladaq ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir. Fond 41 növ bitkini sığorta edir ki, bu da ölkənin əkin sahələrinin 96%-i deməkdir.
Heyvandarlıq sahəsində isə iri və xırda-buynuzlu heyvanlar sığorta olunur.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığorta edə bilirlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 53 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
5 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























