3-cü ildir inşa edilən “Gəncə KOB evi”nin tikintisi üçün daha 2,5 milyon manatlıq müqavilə bağlanıb
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Gəncə KOB evi”nin tikinti işlərinin davamının satın alınması üzrə tenderi yekunlaşdırıb və qalib şirkət ilə müqavilə bağlayıb.
Marja.az-ın məlumatına görə, qalib şirkət “AZNOF” MMC-dir
Satınalmanın qiyməti 2 milyon 528 min 609 manatdır.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, 2024-cü ildə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Gəncə KOB Evi”nin tikinti işləri” tender keçirmiş, həmin ilin may ayında “Aznof” MMC şirkəti qalib elan edilmişdi. Şirkətlə 2 milyon manatlıq müqavilə imzalanmışdı.
19 aprel 2023-cü ildə Gəncə Şəhər İcra Hakimiyyəti "Gəncədə Kiçik və Orta Biznes (KOB) evi inşa edilir" başlıqlı məlumat yayımış və tikintidən görüntülər paylaşmışdı.
Xəbərdə qeyd edilmişdi ki, Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB evi inşa edilir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə KOB evi”ndə aparılan tikinti işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, 2183 kv.m. tikinti sahəsi olan “Gəncə KOB evi” 2 mərtəbədən və zirzəmidən ibarətdir.
Burada 70 xidmət masası qurlaşdırılacaq və Gəncə-Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və s. tərəfindən 150-yə yaxın dövlət-biznes (G2B) xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri biznes-biznes (B2B) xidmətləri göstəriləcəkdir.
“Gəncə KOB evi”nin 2023-cü ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulub. Niyazi Bayramov işlərin gedişatı ilə tanış olub və öz tövsiyələrini verib.
Qeyd edək ki, kiçik və orta biznes evləri (KOB evləri) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir. KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)



