“Auto Azərbaycan” gələn il daha çox Hyundai satacağını gözləyir
Cənubi Koreyanın Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti 2018-ci ildə avtomobil satışlarının artacağını gözləyir.
Şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə “Marja”ya bildirib ki, əgər məzənnələr çox qalxmasa gələn il satışlar bir qədər artacaq:
“Bu il üçün böyük bir gözləntimiz yoxdur. Amma gələn ildən satışların bu illə müqayisədə daha yaxşı olacağını gözləyirik. Satışların təxminən 20-25% artacağını proqnozlaşdırırıq”.
Nasir Seyidzadə qeyd etdi ki, bu il Avronun Manat qarşısında 10%-ə yaxın qalxması da çətinlik yaradır:
“Avronun bahalaşması Çexiyadan gətirdiyimiz Tucson-ların qiymətlərinə təsir edir. Hələlik gözləyirik, biz satış qiymətlərimizi artırmamışıq. Əgər Avronun bahalaşması daha çox olarsa biz də qiyməti qaldırmalı olacağıq”.
Qeyd edək ki, gələn il Hyundai-ın bir neçə yenilənmiş modelinin satışına başlanacaq. Yeni modellərin satışa çıxmasının Hyundai-ın satışlarına müsbət təsir edəcəyi gözlənilir.
Digər tərəfdən, Dollar/manat məzənnəsinin sabitləşməsinin, 2018-ci ildən iqtisadi artımın gözlənməsinin avtomobil satışlarını canlandıracağı nəzərdə tutulur.
Əlavə edək ki, Hyundai satış və servisə investisiyalarını artırır. Belə ki, “Auto Azərbaycan” şirkəti Hyundai salonlarını şirkətin yeni korporativ üslubuna və standartlarına uyğun olaraq təmir etməyə başlayıb. Şirkət birinci Xırdalan satış və servis mərkəzini yeni üsluba uyğun olaraq təmir edib və istifadəyə verib.
“ELEKTROMOBİL ALIŞI TƏŞVİQ EDİLMƏLİDİR”
Dünyada elektromobillərin istehsal və satışı sürətlə artsa da, Azərbaycan bu trenddən geri qalır. Nasir Seyidzadənin sözlərinə görə, Azərbaycanda elektrikli avtomobillərin satışının artması üçün dövlət təşviqlər təqdim etməlidir:
“Dövlət elektromobil alışını təşviq etməlidir. Bütün dünyada dövlətlər təşviq edir, elektromobillər üçün görük rüsumları, vergilər aşağı salınır. Təəssüf ki, Azərbaycanda təşviq yoxdur. Hazırda elektromobil idxalı çox baha başa gəlir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









