60 ayadək təhsil krediti - YENİ ŞƏRTLƏR
Bank VTB (Azərbaycan) təhsil kreditinin şərtlərini yeniləyib və indi müştərilərə daha da sərfəli məhsul təklif edir. Yeni şərtlərə əsasən, bankın təhsil kreditini nəinki Rusiya ali təhsil ocaqlarında, eləcə də bütün yerli və digər xarici ölkələrin təhsil müəssisələrində oxuyanlar ala bilər.
Şərtlərə görə, kreditin maksimal məbləği 30 000 AZN təşkil edir, vəsait manatla, 6 aydan 60 ayadək müddətə verilir.
Kredit təhsil müəssisənin hesabına nağdsız ödəniş yolu ilə bir neçə tranşla köçürülməklə ayrılır. Bir tranşın maksimal həcmi semestr və ya il üçün 10 000 AZN təşkil edir. Kreditin alınması üçün borcalandan ilkin ödəniş tələb olunmur.
Kredit üzrə faiz dərəcəsi illik 19%-dan başlayır. Tələbələrin nailiyyətlərini dəstəkləmək üçün bank VTB (Azərbaycan) fərqlənmə ilə oxuyanlara kreditin faiz dərəcəsində 1% endirim də edir.
Kredit həm ali, həm də orta-ixtisas məktəblərində təhsilin ödənişi üçün nəzərdə tutulub. Bu zaman kredit nəinki hər hansı təhsil ocağında oxuyanlara, habelə təkmilləşmə və peşə hazırlığının ödənişinə də yönəldilə bilər. Pul vəsaiti təhsil alanın özünə və ya yaxın qohumuna verilə bilər.
Təhsil krediti barədə əlavə məlumat almaq üçün müştərilər bankın ofislərinə və ya 986 qısa nömrəli Çağrı Mərkəzinə müraciət edə bilər.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 8 d. əvvəl
-
- 20 d. əvvəl
-
47 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
58 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
1 saat əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
1 saat əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Ən çox oxunanlar
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)









