Toyota gömrük rüsumlarına görə mənfəət proqnozunu aşağı salıb
Toyota ABŞ-ın tarifləri (gömrük rüsumları) səbəbindən 2026-cı ilin martında başa çatacaq maliyyə ili üçün mənfəət proqnozunu 25,8 milyard dollardan 21,8 milyard dollara endirib.
Toyota Motor Corp. hesabatında 1,4 trilyon yen (9,5 milyard dollar) itki və qlobal avtomobil sənayesini sarsıdan ABŞ-ın gömrük tariflərinin təsirini əsas gətirərək illik gəlir proqnozunu aşağı salıb.
Marja.az xəbər verir ki, Toyota 2026-cı ilin martında başa çatacaq maliyyə ili üçün gəlir proqnozunu əvvəlki 3,8 trilyon yen (25,8 milyard dollar) səviyyəsindən 3,2 trilyon yen (21,8 milyard dollar) səviyyəsinə endirib.
Toyota-nın əməliyyat gəlirləri bu ilin birinci rübündə illik müqayisədə 11 faiz artaraq 1,17 trilyon yen olub. Gəlir analitiklərin 890 milyard yen proqnozunu üstələyib. Bəzi regionlarda qiymət artımları bu rəqəmə təsir etsə də, tariflərin dövr ərzində təsiri 450 milyard yen təşkil edib.
Toyota öz mənfəət proqnozlarında yapon rəqiblərinə nisbətən daha bədbindir.
Bu il ümumilikdə 11,2 milyon ədəd satış gözlənilir
Çətinliklərə baxmayaraq, Toyota 2025-ci ilin birinci yarısında rekord qlobal satışlara nail olub. Xüsusilə də əsas bazarlarda benzin-elektrikli hibrid avtomobillərə güclü tələbatın təsiri ilə Toyota ilin birinci yarısında 5,5 milyon ədəd avtomobil satıb. Bu, əvvəlki illə müqayisədə 7,4 faiz artım deməkdir. Artım əsasən ABŞ, Yaponiya və Çində güclü satışlarla bağlı olub.
Toyota bu il cəmi 11,2 milyon ədəd satış gözləyir.
Həmçinin Şirkət Yaponiyanın Aichi şəhərində yeni avtomobil istehsalı müəssisəsi qurmağı planlaşdırır. Zavodun 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Bu zavodla şirkət yerli istehsalı ildə 3 milyon avtomobil səviyyəsində saxlamağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 d. əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 27 d. əvvəl
-
- 34 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
1 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
2 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
4 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
4 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
4 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
