Neft qiymətləri proqnozları dəyişmədi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə olan neft qiymətləri proqnozunu qoruduğunu bildirib.
EIA-nın sentyabr ayı hesabatı dərc olunub.
"Marja" xəbər verir ki, hesabatda, Brent tipli xam neftin barel qiymətinin orta hesabla bu il 51 dollar səviyyəsində olmasının, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin barel qiymətinin də orta hesabla 49 dollar olmasının gözlənildiyi qeyd olunub.
Beləliklə, hər iki neft növünün barrel qiyməti, EIA-nın avqust ayı hesabatı ilə müqayisədə dəyişdirilmədi.
Həmçinin gələn ilə dair Brent tipli xam neftin barrel qiyməti proqnozu da 52 dollarda, WTI növü xam neftin barrel qiyməti təxmini də 50 dollarda saxlanılıb.
Gələn ilə dair neft hasilatı proqnozu aşağı salındı
EIA, sentyabr ayı hesabatında ABŞ-ın gələcək ilə dair xam neft hasilat proqnozunun aşağı saldığını bildirib.
Keçən aykı hesabatda ABŞ-ın 2018 xam neft istehsal proqnozu gündəlik orta hesabla 9,9 milyon barel olaraq təxmin edilərkən, bu aykı hesabatda sözügedən hasilat proqnozunun gündəlik orta hesabla 9,8 milyon barrelə endirldiyi qeyd edilib.
Bu ilə dair gündəlik orta hesabla xam neft istehsal gözləntisi isə dəyişdirilməyərək 9,3 milyon barreldə sabit saxlandığı bildirilib.
Ölkədə ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon, keçən ay isə gündəlik orta hesabla 9,3 milyon barrel olmuşdu.
Qlobal neft hasilat proqnozları yenilənib
Qlobal neft hasilatına dair proqnozunu da yeniləyən EIA, dünya üzrə neft hasilatı proqnozunu bu il üçün aşağı salıb, gələn il üçün isə yuxarı qaldırıb.
Hesabata görə, qlobal neft istehsalının bu il gündəlik orta hesabla 98,4 milyon barel əvəzinə 98,3 milyon barel, gələn il isə gündəlik orta hesabla 100,2 milyon barel əvəzinə 100,3 milyon barel olması təxminini edib.
EIA, bu il və gələcək ilə dair qlobal neft istehlakı proqnozlarını isə aşağı salıb.
Hesabata görə, qlobal neft istehlakının bu il gündəlik orta hesabla 98,4 milyon barel əvəzinə 98,3 milyon barel, gələn il isə gündəlik orta hesabla 100 milyon barel əvəzinə 99,5 milyon barel olması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




