“Pepi-Əli” dövlətdən aldığı fabrikə 5,7 milyon manat sərmayə yatırıb
Özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC yenidən qurulub. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC-yə 5,7 milyon manat sərmayə yatırılıb.Özəlləşdirilən müəssisələr yenidən qurulur, müasir texnologiya və avadanlıqlarla təchiz olunur, yeni iş yerləri yaradılır. Belə müəssisələrdən biri də 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” ASC-dir.
Marja.az xəbər verir ki, ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri icra edib, dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsait köçürüb, müəssisəyə 5,7 milyon manat məbləğində investisiya yatırıb.
İnvestisiya proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub və yeniləri quraşdırılıb, həmçinin ayaqqabı istehsalında istifadə olunan xammal alınıb.
Türkiyənin ayaqqabı istehsalı sahəsində ixtisaslaşmış “ESSE” şirkəti ilə əməkdaşlıq əlaqələri qurulub, xarici mütəxəssislər cəlb olunub.
Müəssisənin yenidən qurulması, istehsal olunan məhsulun həcminin və keyfiyyətinin yüksəldilməsi ixrac imkanlarının genişlənməsinə imkan verəcək.
Müəssisədə 100-dən artıq iş yeri yaradılıb.
Qeyd edək ki, “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC 2012-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. 2 manat nizamnamə olan Şirkətin hüquqi ünvanı Tovuz rayonu Cilovdarlı kəndi, qanuni təmsilçisi (direktoru) Rüstəmov Fazil Əli oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























