"Prime Cotton" bu il Beyləqanda taxıl yığımında rekord vurdu
Bu il Beyləqanda buğda məhsuldarlığı 59,15 sentner/hektar təşkil etmiş və bu göstərici şirkət üzrə ən yüksək nəticə olub.
"Prime Cotton" MMC 2025-ci ilin taxıl mövsümündə, xüsusilə Beyləqan rayonunda, şirkət tarixində rekord məhsuldarlıq əldə edərək, kənd təsərrüfatı sektorunda davamlı inkişaf strategiyasını bir daha nümayiş etdirib. Bu il Beyləqanda buğda məhsuldarlığı 59,15 sentner/hektar təşkil etmiş və bu göstərici şirkət üzrə ən yüksək nəticələrdən biri olub. Bu nailiyyət, ölkə üzrə buğda üzrə orta məhsuldarlıq göstəricisi olan 36,5 sentner/hektarı əhəmiyyətli dərəcədə üstələyib. "Prime Cotton" arpa üzrə də 32,91 sentner/hektar nəticə göstərərək, ölkə ortalaması olan 31,7 sentner/hektarı keçib.
"Prime Cotton"un son illərdə həm taxıl, həm də pambıq sahələrində məhsuldarlığı ildən-ilə artırması, strateji yanaşma və texnoloji yeniliklərin uğurlu tətbiqi ilə bağlıdır. 2024-cü ildə arpa üzrə orta məhsuldarlıq 22,23 sentner/hektar, buğda üzrə isə 36,91 sentner/hektar olduğu halda, 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 32,91 və 46,43 sentner/hektara qədər yüksəlib.
Şirkətin Baş icraçı direktoru Rövşən Mahmudov bu uğuru belə şərh edir: "Prime Cotton olaraq əsas fəaliyyət sahəmiz pambıqçılıq olsa da, biz rotasiya əkin sistemini tətbiq edərək torpaq münbitliyini və ümumi məhsuldarlığı qorumağı qarşımıza məqsəd qoymuşuq.
Son illərdə müasir texnikaya və dəqiq aqrar texnologiyalara ciddi investisiyalar yönəltmişik və bu gün həmin yanaşmaların real nəticələrini sahələrdə görürük. Məqsədimiz həm pambıqda, həm də taxılda yüksək məhsuldarlığı davamlı şəkildə təmin etməkdir.”
"Prime Cotton"un tətbiq etdiyi rotasiya əkin sistemi – yəni eyni sahədə hər il fərqli bitkilərin əkilməsi – torpaqdakı zərərvericilərin və xəstəliklərin dövranını pozaraq torpağın sağlam qalmasına imkan verir. Arpa və buğda kimi bitkilər torpağın strukturunu yaxşılaşdırır, qida maddələrini bərpa edir və növbəti mövsümlərdə pambıq üçün münbit şərait yaradır. Bu yanaşma eyni zamanda dərman istifadəsinə olan ehtiyacı azaldır, su resurslarına qənaət edir və məhsulun keyfiyyətini artırır.
Əldə olunan uğurlar "Prime Cotton"un məqsədyönlü strategiyası, müasir texnologiyalar və elmi əsaslı aqrar yanaşmaların birləşməsi nəticəsində mümkün olmuşdur. Şirkət qarşıdakı illərdə də həm pambıq, həm də taxıl sahələrində məhsuldarlığı artırmaq və dayanıqlı kənd təsərrüfatı modelini genişləndirmək istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, "Prime Cotton" MMC – Azərbaycanın aparıcı pambıqçılıq şirkətlərindən biri olmaqla, GP Cotton Holdings-ə daxil olan strateji müəssisədir. Şirkət pambıq tədarükü ilə yanaşı, mahlıc, iplik, pambıq yağı və pambıq cecəsi istehsalı sahəsində də fəaliyyət göstərir. Bütün istehsal mərhələlərində yerli və beynəlxalq standartlara uyğunluq prinsiplərinə əsaslanan Prime Cotton, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə və dayanıqlı istehsal modellərinin inkişafına önəm verir.
30 illik peşəkar təcrübəyə malik olan "Prime Cotton", bu gün ölkənin ən iri pambıq istehsalçısı kimi regionun kənd təsərrüfatı sektorunda mühüm rol oynayır və həm pambıqçılıq, həm də digər dövri əkin sahələrində məhsuldarlığın artırılması istiqamətində innovativ addımlar atmaqdadır.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat sonra
-
24 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
-
57 d. əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
1 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
1 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
