AccessBank və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü
İnsan kapitalının davamlı peşəkar inkişafını strateji prioritet kimi müəyyən edən AccessBank, Xəzər Universiteti ilə birgə həyata keçirdiyi “İdarəetmənin əsasları” təlim proqramını uğurla yekunlaşdırıb.
Müasir iş mühitində çevik uyğunlaşma, effektiv komanda işi və strateji hədəflərə çatmaq bacarıqları ilə yanaşı, liderlik potensialının gücləndirilməsi də uğurlu idarəetmənin əsas tərkib hissələrindəndir. Məhz bu məqsədlə keçirilən kurs, iştirakçılarda idarəetmənin əsas prinsipləri üzrə bilik və bacarıqların formalaşdırılmasına xidmət edib.
Proqram çərçivəsində əməkdaşlar 17 mövzunu əhatə edən intensiv təlimlərə cəlb olunub. Kursun məzmunu klassik idarəetmə nəzəriyyələri və müasir praktiki yanaşmalar əsasında hazırlanıb. Təlimlər zamanı iştirakçılar strateji düşüncə, liderlik, qərarvermə, dəyişikliklərə uyğunlaşma, effektiv ünsiyyət və komanda idarəetməsi kimi sahələrdə praktiki biliklər əldə ediblər.
“Əməkdaşlarımızın davamlı peşəkar inkişafı AccessBank üçün hər zaman strateji prioritet olub. Bu baxımdan, “İdarəetmənin əsasları” kursunun həyata keçirilməsi Təlim və İnkişaf şöbəmizin olduqca dəyərli təşəbbüsüdür. Xəzər Universiteti ilə qurduğumuz əməkdaşlıq çərçivəsində baş tutan bu proqram, 52 əməkdaşımız üçün yalnız nəzəri biliklər deyil, eyni zamanda praktiki bacarıqlar qazanmaq baxımından da önəmli imkanlar yaratdı. Əminəm ki, iştirakçılar bu dörd ay ərzində həm özlərini inkişaf etdirdilər, həm də tələbəlik illərinin ruhunu yenidən yaşamaqdan zövq aldılar. Əməkdaşlarımıza uğurlar arzulayır, gələcəkdə də belə təşəbbüslərin davamlı olacağına inanıram", - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
Təlim proqramını müvəffəqiyyətlə başa vuran bütün əməkdaşlara Akademik Sertifikatlar təqdim olunub.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
® Reklam
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)



