"OPEC+ hasilatın artırılmasını daha da sürətləndirəcək"
OPEC+ kimi tanınan Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri həftə sonu görüşməyə hazırlaşır.Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqlərinin (OPEC+ qrupu) şənbə günü keçiriləcək iclasında neft hasilatının artırılmasını daha da sürətləndirməyə razılaşacağı gözlənilir.
Marja xəbər verir ki, Dünya neftinin təxminən yarısını təmin edən qrup, 2022-ci ildən bazarı dəstəkləmək üçün hasilatı azaldırdı. Lakin OPEC+ bazar payını bərpa etmək üçün bu il kursunu dəyişib Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp benzin qiymətlərinin aşağı düşməsi üçün qrupdan daha çox neft hasil etməyi tələb edir
OPEC+ apreldə 138 000 barel artırmaq barədə qərar verdikdən sonra may, iyun və iyul aylarının hər birində hasilatı 411 000 barel artırıb. Müzakirələrlə tanış olan iki mənbə bildirib ki, OPEC + avqust ayında hasilatı gündəlik 550 000 barel artırmaq barədə razılaşa bilər.
Qrupun səkkiz üzvü - Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Küveyt, Oman, İraq, Qazaxıstan və Əlcəzair - avqust ayı siyasətinə qərar vermək üçün şənbə günü onlayn görüşməlidir.
May, iyun və iyul aylarında əlavə hasilatın xam neft qiymətlərinə təsir etməsinə baxmayaraq, OPEC+ hasilatı artırmağı sürətləndirdir.
Sürətlənmə, Qazaxıstan və İraq kimi bəzi OPEC+ üzvlərinin qarşılarında qoyulan hasilat hədəflərini üstəmələrindən, bunun hasilatın azaldılmasına sadiq qalan digər üzvləri qəzəbləndirməsindən sonra baş verdi.
Qazaxıstanın neft istehsalı keçən ay artıma qayıdıb və bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Mənbələrin bildirdiyinə görə, Neft İxrac Edən Ölkələr Təşkilatını və Rusiyanın başçılıq etdiyi müttəfiqləri birləşdirən OPEC+, ABŞ kimi digər istehsalçılardan artan hasilat fonunda bazar payını genişləndirmək niyyətindədir.
İndiyə qədər OPEC+ aprel-iyul ayları arasında hasilatı gündəlik 1,37 milyon barel artırdığını açıqlayıb ki, bu da azaldılmış 2,2 milyon barellik hasilatın 62%-ni təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)






.jpg)






