Artıq 3 milyard dollar xərclənib, növbəti 5 ildə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur
500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq.Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib.
Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib.
Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.
Bundan başqa, ümumilikdə, 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub.
İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.
Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilboyu yerləşir.
Hazırda “Sea Breeze” ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



