Azercell dünya çempionlarını təbrik etdi
İyun ayının 18-də Azercell Telekom Minifutbol üzrə Dünya Çempionatının qalibi olan Azərbaycan milli komandası ilə görüşüb.
Tarixi nailiyyət münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Minifutbol Federasiyasının və Azercell rəhbərliyinin nümayəndələri iştirak ediblər. Görüş zamanı iki qurum arasında mövcud olan uğurlu əməkdaşlıq və Azercell-in milli komandaya 2022-ci ildən etibarən göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.
Tədbirdə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova və Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov çıxış ediblər.
“Milli komandamızın qələbəsi ölkəmiz üçün qürurverici hadisədir,” – deyə Sona Abbasova bildirib. "Azercell olaraq biz hər zaman idmanın insanları bir araya gətirmək, ruhlandırmaq və motivasiya etmək gücünə inanmışıq. Bu əlamətdar gündə ölkəmizin çempionlarının yanında olmaq bizim üçün böyük şərəfdir."
Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov isə öz növbəsində mobil operatorun ölkədə minifutbolun inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib: “Azercell-in 2022-ci ildən etibarən komandamıza verdiyi dəstək bugünkü uğurumuzun formalaşmasında mühüm rol oynayıb. Ümid edirik ki, bu səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək”.
Tədbirin sonunda Azercell-in futbolçuları və milli yığmanın üzvləri arasında birlik və komanda ruhunu ifadə edən rəmzi forma mübadiləsi də baş tutub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-də Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının final qarşılaşmasında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edərək 32 komanda arasında birinci yerə yüksəlib.
Azercell Telekom milli komandanı bu tarixi qələbə münasibətilə təbrik edir və onlara gələcək turnirlərdə uğurlar arzulayır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























