Shell: Hörmüz boğazının bağlanması qlobal ticarəti sarsıdacaq
Shell-in baş direktoru Wael Sawan bildirib ki, Hörmüz boğazı bağlanarsa, bu, qlobal ticarətə böyük təsir göstərəcək.Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan Shell-in baş direktoru Wael Sawan (Vael Savan) Yaponiyada keçirilən Enerji Sammitində “Hörmüz boğazı hər hansı səbəbdən bağlanarsa, bu, qlobal ticarətə böyük təsir göstərəcək” deyib.
Sawan, Shell-in vəziyyətin pisləşəcəyi təqdirdə planlarının olduğunu bildirib.
İsrail və İran arasındakı münaqişə ABŞ-ın işə qarışması ehtimalı ilə bazarların diqqət mərkəzinə çevrilib. İndiyədək münaqişə neft qiymətlərində dəyişkənliyə səbəb olub. Bununla belə, bazarlarda yüksək həyəcanlı vəziyyət var.
Bəzi gəmilərdə son günlər siqnal müdaxiləsi yaşanır. "Hazırda xüsusilə çətin olan siqnal müdaxilələridir" deyən Sawan Shell-in Yaxın Şərqdə daşınmalarda çox diqqətli olduğunu əlavə edib.
Məsələ ilə bağlı məlumatlı mənbələrə görə, ABŞ İrana mümkün hücum üçün infrastruktur hazırlıqlarını görür, lakin vəziyyət aydın deyil.
RBC Capital Markets-in analitiki Helima Croft deyib ki, "İran liderləri təhlükə hiss edərlərsə, enerji təchizatı üçün risklər arta bilər".
"ABŞ-ın münaqişədə birbaşa iştirakı bölgədəki tankerlərə və mühüm infrastruktura birbaşa hücumlara səbəb ola bilər",- Croft deyib.
Brent markalı neft bu gün 1,4 faiz bahalaşaraq barreli 77,80 dollara yüksələrək, İsrailin İrana hücumlarının başladığı gün - iyunun 13-də gördüyü 78,5 dollara yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
47 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
50 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

























