Sabah 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” başlayır
Sərgi ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu xidmət göstərəcəkİyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə "Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.
Dörd gün ərzində qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, "Kapital Bank" ASC-nin rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.
Sərgi təkcə yerli məhsulların nümayişi üçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xarici tərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunub.
Sahibkarların müraciətləri və ziyarətçilərin marağı nəzərə alınaraq bu il sərgi dörd gün davam edəcək. Sərginin başqa bir fərqi, bu il ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə "B2B" formatlı görüşlərinin təşkil olunmasıdır. Bu, mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılması məqsədilə edilib.
Sərgi ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu (“Koroğlu” metro stansiyasından (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı)) xidmət göstərəcək. Ödənişsiz avtobusların üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” qeyd ediləcək.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün:https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, Dövlət Reklam Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası sərginin tərəfdaşları sırasındadır.
Baş sponsor: Məlhəm Beynəlxalq Hospital
Sponsor: Dayun
B2B Zona sponsoru: N-Advert
Təşkilati dəstək: Construction Business Group
Promo tərəfdaş: Moon Group
Media Tərəfdaşı: Global Media Group, BHB Strategic and Creative CO
Könüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

