VW iki markasını sata bilər
Dizel araşdırmalarına görə çətin günlər keçirən Volkswagen qrupunun, özləri üçün strateji olmayan iki markanı sata biləcəyi danışılır.
Volkswagen qrupunun daha əvvəl Ducati-ni satacağına dair iddialar gündəmə gəlmişdi. Sonra isə qrupun bu markanı satmaqdan imtina etdiyi bildirildi. Ancaq Alman şirkətin əlindəki markalar Ducati və bir neçə avtomobil markasından ibarət deyil. MAN və Scania kimi tanınan yük maşını istehsalçılarını də əlində saxlayır.
SATIŞ ÜÇÜN YENİ KOMANDA YARADILIB
"Marja" xəbər verir ki, "The Wall Street Journal"a görə avtomobil istehsalçısı, illik dövriyyəsinin 20%-ni təşkil edən əsas olmayan aktivlərini satmaq üçün mümkün razılaşmalar üzərində fəal işləyir. Volkswagen-in İcraçı direktoru Matthias Mueller, artıq çox kritik sayılmayan müəssisələri satma üzərində çalışan yeni bir komanda yaradıb.
FIAT İLƏ BİRLƏŞMƏ MƏSƏLƏSİ
Mueller qəzetə verdiyi müsahibədə, "Fiat Chrysler Automobiles" ilə mümkün bir birləşmə haqqında sual verildikdə, belə bir müqavilə ilə bağlı deyilənlərin spekulyasiya olduğunu deyib.
Mueller, "Biz böyük bir şirkətik və şişirilmiş məlumatlar ilə maraqlanmırıq. FCA haqqında çox spekulyasiya edilir, bunlar yalnız spekulyasiyadır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
25 d. əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 28 d. əvvəl
- 29 d. əvvəl
-
43 d. əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
50 d. əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 53 d. əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Ən çox oxunanlar
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti
"Kapital Bank" "Bir" ekosistemində “Bir Taxi” istifadəyə verilə bilər" iddiasına cavab verdi






.jpg)








.jpg)








