Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq olunan rüsumların ikiqat artırılmasını nəzərdə tutan sərəncam imzalaması, Amerikanın əmək bazarında açıq vakansiyaların sayının artması və Avrozonada inflyasiyanın zəifləməsi fonunda dollar beynəlxalq birjalarda major valyutalar qarşısında bir qədər bahalaşıb.
EUR/USD valyuta cütlüyü 1.14540 səviyyəsindən 1.13570 səviyyəsinə qədər ucuzlaşıb. Eyni dövr ərzində USD/JPY cütlüyü 142.370 həddindən 144.380 həddinə qədər artım sərgiləyib.
Dolların bahalaşması ilə qızıl dünən səhər saatlarında əldə etdiyi mövqeləri demək olar ki, itirib. Dəyərli metal 3392$-dan 3333$-a qədər geriləyib. “Brent” markalı neftin qiyməti artmağa davam edir. “Qara qızıl” 65$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır. Hazırda neftin bir bareli 65.20$ səviyyəsində ticarət olunur. “Bitcoin” isə 105350$ həddinə kimi ucuzlaşıb.
Əvvəllər ABŞ-da polad və alüminium idxalına 25% gömrük rüsumu tətbiq olunurdusa, yeni qərara əsasən rüsum 50%-ə qədər qaldırılıb. Trampın bəyanatında qeyd olunur: “Mən belə qənaətə gəldim ki, polad və alüminiuma tətbiq olunan rüsumların artırılması zəruridir (...). Bu addım onların idxalının milli təhlükəsizliyimizə təhlükə yaratmaması üçün tənzimlənməsinə imkan verəcək.”
Yeni 50%-lik rüsumlar Vaşinqton vaxtı ilə 4 iyun tarixindən qüvvəyə minəcək. Amerika mediası bildirir ki, bu tarif artımı yalnız Birləşmiş Krallıq istisna olmaqla, bütün ölkələrə şamil olunacaq. Tramp əvvəlki açıqlamalarında bu tədbirin ABŞ-ın metallurgiya sənayesini “daha da təhlükəsizləşdirəcəyini” bildirmişdi.
Dünən ABŞ-ın Əmək Nazirliyinin Statistika Bürosunun (JOLTS) dərc etdiyi Vakansiyalar və Boş İş Yerləri Hesabatına əsasən, aprel ayında ölkədə əmək bazarında açıq vakansiyaların sayı 7.391 milyon təşkil edib. Mart ayı üzrə göstərici yenilənib və əvvəl qeyd olunduğu kimi 7.192 milyon deyil, 7.200 milyon təşkil edib. Həmçinin, Amerikanın Sənaye Sektorunda Sifarişlərin Həcmi aprel ayında 3.7% azalıb.
Əlavə olaraq, Avrozonada may ayında istehlak qiymətləri illik ifadədə 1.9% artıb. Bu, aprel ayında qeydə alınan 2.2%-lik göstərici ilə müqayisədə inflyasiyanın zəiflədiyini göstərir. Analitiklərin proqnozu inflyasiyanın 2%-dək zəifləyəcəyini nəzərdə tuturdu. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI) may ayında illik ifadədə 2.7%-dən 2.3%-dək geriləyərək 2021-ci ilin oktyabr ayından bəri minimum səviyyəyə enib. Aylıq ifadədə isə Avrozonada istehlak qiymətləri may ayında dəyişməyib.
Avrozonada İşsizlik Səviyyəsi aprel ayında 6.2%-ə qədər enib. Bu göstərici tarixi minimum səviyyə hesab olunur. Bu göstərici ilk dəfə 2024-cü ilin oktyabr ayında qeydə alınıb və o vaxtdan bəri (mart ayı istisna olmaqla) işsizlik bu səviyyədə qalıb. Aprel ayında Avrozonada işsizlərin sayı əvvəlki ayla müqayisədə 207 min nəfər azalaraq 10.68 milyon nəfərə qədər azalıb. Türkiyədə illik inflyasiya isə may ayında 35.41% təşkil edib. İnflyasiyanın artım tempi ardıcıl on ikinci ay ərzində zəifləyib və bu, 2021-ci ilin noyabr ayından bəri qeydə alınan ən aşağı göstərici olub.
Bugün ABŞ-da dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və ADP tərəfindən açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricisi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Kanada Bankının (BoC) faiz dərəcəsi ilə bağlı qərarı və Avrozonada, Almaniyada və Böyük Britaniyada dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
-
45 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
48 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
























