Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Quba-Xəzəryanı ərazidə neft və qaz axtarılacaq - SOCAR Anlaşma imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Quba-Xəzəryanı ərazidə neft və qaz axtarılacaq - SOCAR Anlaşma imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Marja.az” SOCAR-a istinadən xəbər verir ki, sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.

Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.

Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.

02.06.2025 15:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18