Azərbaycanda ilk dəfə əkin sahələrini evdən çıxmadan - SIĞORTALAMAQ MÜMKÜN OLDU
Aqrar sığorta haqqını evdən çıxmadan ödəmək mümkün oldu. Aqrar sığorta haqqının AsanPay vasitəsilə ödənişinə başlanıldıAqrar Sığorta Fondu fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması sahəsində işləri davam etdirir.
Artıq fermerlər aqrar sığorta haqqını "AsanPay" ödəniş sistemi vasitəsilə ödəyə bilərlər.
May ayından etibarən aqrar sığorta haqqının ödənilməsi məqsədilə Aqrar Sığorta İnformasiya Sistemi (ASİS) ölkənin aparıcı ödəniş sistemlərindən olan AsanPay ilə inteqrasiya edilib. Nəticədə aqrar sığorta haqlarının AsanPay vasitəsilə ödənişi mümkün olub.
ASAN Pay vasitəsilə həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə sığorta haqqını ödəmək olar.
Qeyd edək ki, Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta xidmətinin əsas istifadəçiləri bölgələrdə, kənd yerlərində, o cümlədən ucqar kəndlərdə fəaliyyət göstərən fermerlərdir. İndiyədək onlar aqrar sığorta haqqını terminallar vasitəsilə ödəyir, bunun üçün rayon mərkəzlərinə yaxınlaşmalı olurdular. Bu da fermerlər üçün əlavə vaxt itkisinə səbəb olur, onları təsərrüfat işlərindən ayırırdı.
AsanPay sistemi ilə inteqrasiyadan sonra isə buna ehtiyac qalmayacaq. Bundan sonra isə əkin sahəsi və heyvanlarını sığorta etmək istəyən fermerlərin evdən çıxmasına ehtiyac olmayacaq. Fermerlər AsanPay sistemi vasitəsilə sığorta haqqını evdən və ya təsərrüfatdan çıxmadan mobil telefon vasitəsilə ödəyə biləcəklər.
Qaydaya görə, aqrar sığorta haqqını ödəmək üçün fermer AsanPay ödəniş sisteminə (asanpay.az) daxil olmalı, burada “Sığorta ödənişləri” bölməsini seçməlidir. Yeni açılan pəncərədə Aqrar Sığorta Fondunu seçərək öz FİN və ya VÖEN məlumatlarını daxil etmək lazımdır. Bu zaman ekranda fermerin ödəyəcəyi sığorta haqları görünəcək. Fermer "Ödə" düyməsini sıxaraq ödənişlərini həyata keçirə biləcək (Videonu yüklə: https://we.tl/t-dmliBJqMFe).
Aqrar sığorta haqlarının AsanPay vasitəsilə mobil telefonla ödənilməsi fermerlərin aqrar sığortaya əlçatanlığının artmasına, əkin sahələri və kənd təsərrüfatı heyvanlarının daha asan sığortalanmasına imkan verəcək. Bununla da Aqrar Sığorta Fondunun xidmətindən istifadə edən minlərlə fermerin risklərini qat-qat azaldacaq.
Xatırladaq ki, Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta xidmətləri dövlət dəstəklidir. Belə ki, əkin sahəsi və ya heyvanların sığortalanması zamanı sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar sığortanın əhatə dairəsi genişləndikcə, bu xidmətlərdən faydalanan fermerlərin sayı və sığorta ödənişləri də artmaqdadır.
2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 6,4 milyon manat zərər ödənişləri həyata keçirilib. 2025-ci ilin ilk 4 ayında isə həyata keçirilmiş zərər ödənişlərinin məbləği 3 milyon manatdan artıq olub.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Videonu yükləmək üçün link: https://we.tl/t-dmliBJqMFe
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























