“McDonald's Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb - FOTO
40 yerlik geniş terrası da var.“McDonald's Azərbaycan” şirkətinin sayca 32-ci restoranı mayın 23-də Qala qəsəbəsində - Mərdəkan şosesinin cənub-şərq tərəfində, yeni fəaliyyətə başlamış “Rahat Gourmet Market”-də açılıb.
Müasir “in-store” formatında hazırlanmış restoranın tərtibatında funksionallığı rahat planlaşdırma ilə birləşdirən “Geometry” dizaynından istifadə edilib.
Daxilində 132 oturacaq yeri nəzərdə tutulmuş restoranın 40 yerlik geniş terrası isti vaxtlarda rahat istirahət üçün idealdır. Restoranda həmçinin “McDelivery” xidməti göstərilir ki, bu da yaxın qəsəbələrə daha sürətli çatdırılma etməyə imkan verəcək.
“McDonald's Azərbaycan”ın digər restoranlarında olduğu kimi, burada da qabaqcıl xidmət texnologiyaları - interaktiv özünəxidmət köşkləri, həmçinin sifarişləri birbaşa masa arxasında əyləşərək qəbul etməyə imkan verən “table service” xidməti tətbiq edilib. Avtomobil sürücüləri üçün nəzərdə tutulmuş “MakAvto” xətti daha rahat xidmət göstərməyə şərait yaradır.
“Rahat Gourmet Market”-də yerləşən McDonald’s restoranın açılması ilə 70 yeni iş yeri yaradılıb. Hazırda “McDonald's Azərbaycan” şirkəti ölkə üzrə 2900 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan “McDonald's” artıq 25 ildir ki, yerli istehsal həcmlərinin artırılmasına töhfə verməklə, ölkədə qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir.
“McDonald's Azərbaycan”ın təchizat və logistika, rekruitment, həmçinin informasiya texnologiyaları, marketinq və s. kimi müxtəlif iqtisadi sahələri təmsil edən 100-dən çox yerli podratçı şirkət ilə fasiləsiz əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























