Vestel ağır vəziyyətdə - 2000 nəfəri ixtisar edir
Türkiyənin "Zorlu Holding" şirkətinin baş direktoru Ömer Yüngül, "Zorlu"nun ixtisar və aktiv satışını nəzərdən keçirdiyi barədə yayılan xəbərlərdən sonra iddiaları təsdiqləyib. O qeyd edib ki, holdinqə daxil olan "Vestel" 2000 nəfəri ixtisar edəcək ki, bu da ümumi işçi qüvvəsinin təxminən 10 faizinə bərabərdir.Türkiyənin ən böyük holdiqnlərindən biri olan "Zorlu Holding", investorların 4,9 milyard dollarlıq borc yükü ilə bağlı narahatlıqlarını azaltmaq məqsədilə aktiv satışları və işdən çıxarmalara (ixtisara) hazırlaşır.
Marja.az xəbər verir ki, ABŞ-da yerləşən Bloomberg xəbər agentliyinin məsələ ilə tanış olan şəxslərə istinadən verdiyi məlumata görə, şirkət torpaq mülkiyyəti də daxil olmaqla, aktivlərini satmağı düşünür.
Mənbələr bildirirlər ki, "Zorlu Holding", törəmə şirkəti olan "Vestel"in ümumi işçi qüvvəsinin təxminən 10 faizinə bərabər olan 2000 işçini ixtisar etməyi planlaşdırır.
"Zorlu Holding" şirkətinin baş direktoru Ömer Yüngül iddialardan sonra, işçilərin ixtisarı barədə xəbərinin doğru olduğunu bildirib:
"Bəli, 2 min nəfərin işdən çıxarılması xəbəri doğrudur. Amma bu, tamamilə "Vestel"in daha səmərəli çalışması ilə bağlıdır".
Aktiv satışı ilə bağlı Yüngül, "Şirkətlər dinamik strukturlardır, hər şey alına bilər, hər şey satıla bilər" deyib
Vestel səhmləri ilin əvvəlindən bu yana 40 faiz ucuzlaşıb
Aprel ayında Moody's Vestel-in kredit reytinqini Caa1 səviyyəsinə endirərək, şirkətin likvidliyinin və əməliyyat göstəricilərinin zəifləməsi ilə bağlı narahatlıqları əsas gətirib. Şirkət birinci rübdə 5,08 milyard lirə xalis zərər açıqlayıb.
"Zorlu Holding" bu yaxınlarda təxminən 1,3 milyard dollar məbləğində lirə ilə qısamüddətli borcunu 15 ilə qədər uzunmüddətli avro kreditləri ilə yenidən maliyyələşdirib. Əlavə olaraq, potensial bazar risklərinə qarşı bufer olaraq 500 milyon avro (564 milyon dollar) əlavə maliyyə təmin edilib. Nəticədə qrupun qısamüddətli borc nisbəti 60 faizdən 40 faizə endirilib.
“Türkiyə şirkətləri təzyiq altındadır”
Bloomberg-in məlumatına görə, "Zorlu" və digər Türkiyə şirkətləri təzyiq altındadır və maliyyə xərclərinə görə mənfəət marjaları daralır. Lirənin dəyərini itirməsinə baxmayaraq, Avropada tələbatın zəif olduğu bir vaxtda 37%-dən yuxarı inflyasiya əməliyyat xərclərini artırır. Mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra TL ilə borclanmanın yüksək qiyməti ilə yanaşı, investor inamı da zədələnib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 41 d. əvvəl
-
-
46 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
49 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

























