Bank 36-cı filialını Balakəndə açdı
AccessBank 2025-ci il üzrə inkişaf planına uyğun olaraq filial şəbəkəsini genişləndirməyə davam edir.
Bankın sayca 36-cı yeni filialı Balakən şəhərinin Heydər Əliyev prospektində yerləşir və müasir standartlara cavab verən bank xidmətləri təklif edir. Bu barədə AccessBank-ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. filialda mikro və aqro kreditlər daxil olmaqla müxtəlif kredit məhsulları, istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər geniş spektrli bank xidmətləri təqdim olunacaq.
"Filial şəbəkəsinin genişləndirilməsi – AccessBank-ın regionlardakı fəaliyyətini gücləndirməyə, müştərilərimizə daha əlçatan və effektiv xidmət göstərməyə, həmçinin yerli biznesin inkişafını dəstəkləməyə yönəlmiş siyasətimizin prioritet istiqamətidir. Balakən filialının açılması ilə AccessBank-ın filiallarının sayı 36-ya çatdı və bu, 2025-ci ildə nəzərdə tutulan genişlənmə planımız çərçivəsində ilk addımdır. Məqsədimiz – Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və biznes subyektlərinə müasir və keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdir”, - bunu AccessBank-ın İdarə Heyətinin üzvü və Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















