Qızılın qiymətində daha bir rekord
Dolların ucuzlaşması və təhlükəsiz aktivlərə tələbat fonunda qızılın qiyməti rekord həddə çatıb. "Dollara inam sarsıla və qızıl daha da bahalaşa bilər".Qlobal bazarlarda dolların ucuzlaşmasının yeni dalğası, ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sistemini (FED) tənqid etməsi və davam edən ticarət müharibəsi narahatlıqları fonunda təhlükəsiz "sığınacaq" tələbinin artması səbəbindən qızılın qiyməti rekord həddə yüksəlib.
Marja.az xəbər verir ki, külçə qızılın qiyməti bir unsiya üçün 3385 dollardan yuxarı qalxıb. Bu gün qızıl 1,7% də bahalaşıb.
Eyni zamanda, dollar 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb. Məlumata görə, prezident Donald Tramp FED sədri Cerom Paueli işdən çıxarmağı düşünür və faiz dərəcələrinin aşağı salınması lazım olduğunu bildirir. Fed-in Çikaqo şöbəsinin sədri Austan Goolsbee, mərkəzi bankın müstəqilliyini məhdudlaşdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
"Oversea-Chinese Banking"in baş strateqi Kristofer Vonq, "Pauellin vəzifədən çıxarılması təkcə mərkəzi bankın müstəqilliyi prinsipini pozmur, həm də ABŞ-ın pul siyasətinin siyasiləşməsi riskini artırır ki, bu da bazarlar üçün narahatçılıq yaradır".
Vonqun fikrincə, FED-in etibarlılığı şübhə altına alınarsa, Dollara inam sarsıla bilər və qızıl da daxil olmaqla təhlükəsiz limanlara kapital axını sürətləndirilə bilər.
Qızıl bu il rekordlar qırıb. Ticarət müharibəsinin bazarlardakı narahatlığı riskli aktivlərə marağı azaldıb və investorları qızıl kimi təhlükəsiz sığınacaqlara yönəldib.. Qızılla dəstəklənən birja fondlarında (ETF) aktivlər 12-ci həftədir ki, artmaqdadır. Eyni zamanda, mərkəzi banklar da qlobal tələbi dəstəkləyərək ehtiyatlarına qızıl əlavə edirlər.
Çin bir daha Pekinin maraqları bahasına edilən istənilən razılaşmaya qarşı olduğunu vurğulayıb. BVF-nin bu həftə təqdim edəcəyi yenidən işlənmiş iqtisadi proqnozları kimi məlumatlar qlobal yavaşlama ilə bağlı narahatlıqları gücləndirə bilər.
Qlobal banklar qızılın gələcəyi ilə bağlı daha optimistdirlər. Goldman Sachs qızılın qiymətinin 2026-cı ilin ortalarında 4000 dollara çata biləcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
44 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 58 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır







.jpg)




.jpg)







