Bir gündə milyarderlər rekord məbləğdə zənginləşiblər

Dünyanın ən varlı insanlarının cəmi sərvəti 9 aprel Çərşənbə günü 304 milyard dollar artıb. Bu, Bloomberg Milyarderlər İndeksi tarixində ən böyük bir günlük qazancdır.
Marja xəbər verir ki, kəskin sərvət artımı, Donald Trampın tariflərə 90 günlük fasilə elan edərək ticarət siyasətini müvəqqəti yumşaltmaq qərarından sonra birjaların geniş şəkildə canlanması ilə baş verrib.
Tesla-nın İcraçı direktoru İlon Mask aprelin 9-da 36 milyard dollar zənginləşib - Elektrikli avtomobil istehsalçısının səhmləri 23% bahalaşıb.
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq bir gündə 26 milyard dollar qazanıb və hazırda onun sərvəti 207 milyard dollar qiymətləndirilir.
NVIDIA-nın baş direktoru Jensen Huang-ın sərvəti çip istehsalçısının səhmləri 19% bahalaşdıqdan sonra 15,5 milyard dollar artıb. Huang-ın xalis sərvəti hazırda 100 milyard dollardır.
Faiz ifadəsində planetin ən varlı adamları arasında sərvətində ən böyük artım Carvana-nın baş direktoru Ernest Qarsiya III üzrə qeydə alınıb. Onun sərvəti işlənmiş avtomobillərin satışı ilə məşğul olan şirkətin səhmlərinin bahalaşması sayəsində 25% və ya 1,4 milyard dollar artıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb
Ən çox oxunanlar

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
