Dövlət Agentliyi şirkətləri və fərdi sahibkarları cəzalandırdı - ADLARI
Qüsurlu malı dəyişdirməyiblər, məhsulu üzərində göstərilmiş qiymətdən baha satıblar, menyunu düzgün tərtib etməyib müştəriləri aldadıblar...Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi İstehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tərtib edilmiş protokollara dair məlumat yayıb.
Marja.az məlumata istinadən xəbər verir ki, 11 şirkət və fərdi sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Belə ki, fiziki şəxs İbrahimova Vüsalə Vaqif qızı, “Azerbaijan Technologies” Firması, F/ş Əfəndiyev Əmrah Camaldin oğlu, Araz Supermarket” MMC, “Azərbaycan Supermarket" MMC (Bravo brendi), “Bazarstore” MMC, “ANC Group" MMC (Rahat Market), “Embawood” MMC, "Grand-Mart" MMC, fiziki şəxs Əli-zadə Gündüz Vüqar oğlu və "Zeytun Pharmaceuticals" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
İnzibati xətanın mahiyyəti - qüsurlu malın dəyişdirilməsi və ya qaytarılmasından imtina edilməsi, zəmanət talonuna qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi, menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması və istehlakçıların aldadılması, qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satılması, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilməsi, dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması olmuşdur.
İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























