Azərbaycanda “Borcluların reyestri” informasiya sistemi yaradılacaq
“Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”nun 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsi təsdiq edilib.
Ədliyyə Nazirliyindən Marja-ya verilən məlumatda bildirilir ki, Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov tərəfindən təsdiq edilən Yol Xəritəsi biznes mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üzrə həm qanunvericilik, həm də təşkilati tədbirləri əhatə edir.
Yol Xəritəsinin icrası çərçivəsində cari il ərzində icra sənədi üzrə icraatın effektivliyinin artırlması məqsədilə borclunun üçüncü şəxslərə qarşı pul tələbinə tutmanın yönəldilməsi, “Borcluların reyestri” informasiya sisteminin yaradılması, daşınmaz əmlak üzərində hüquqlara dair aktual məlumatların “Elektron icra” informasiya sisteminə inteqrasiya əsasında tam ötürülməsi, icra sənədinin icrası zamanı inkasso sərəncamlarının icrası qaydasının təkmilləşdirilməsi və digər islahatların aparılması planlaşdırılır.
Bununla yanaşı, kommersiya mübahisələri üzrə verilmiş apellyasiya şikayətlərinə baxılması müddətlərinin uzanmasına təsir edən faktorların müəyyənləşdirilməsi, təxirə salınmış məhkəmə iclasları arasındakı müddətlərin tənzimlənməsi və məhkəmə, icra və mediasiya sahəsində statistikanın aktuallığının təmin edilməsi ilə bağlı işlərin görülməsi gözlənilir.
Yol Xəritəsində özəl sektor nümayəndələri, o cümlədən konsaltinq şirkətləri və biznes assosiasiyalarının qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onlara müvafiq köməklik göstərilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Bu məqsədlə ayda bir dəfə tematik mövzular üzrə birgə görüşlərin keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.
“Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür.
Xatırladaq ki, Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”na rəhbərliyi ədliyyə nazirinin müavini Toğrul Hüseynov həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
11 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
12 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
12 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
12 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
13 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
13 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
