Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzaladı
Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.
Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə, həmçinin Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.
İclasda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparılır və bu razılaşmalar “yaşıl hidrogen”in inkişafı ilə bağlı planlarımızı da dəstəkləyəcək. Nazir layihənin istehsal və ötürmə komponentləri, eləcə də biznes modelləri, Xəzər dənizinin potensial “yaşıl enerji” həcmlərinin regionda paylanması ilə bağlı tədqiqatlara dair tövsiyələrini diqqətə çatdırıb. GECO və CESI ilə sıx koordinasiya şəraitində İşçi Qrupunda iki iş axınının yaradılması təklif edilib: “Birinci axın layihənin iş modellərinə fokuslanaraq potensial investorlar və alıcılarla əlaqə qurulması üçün hazırlıq işlərini apara, ikinci axın isə texniki detalları, ENTSO-E və digər müvafiq qurumların tələblərinə uyğunluğu nəzərdən keçirə bilər.”
Nazir, həmçinin layihənin fiber-optik komponentinin TİƏ ilə bağlı iş həcminə daxil edilməsi üçün də qəti addımların atılmasının vacibliyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Məktub “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinə müvafiq dəstəyi təmin etmək məqsədi daşıyır. Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi üçün 2025-ci ilin 1 aprelindən 9 mayına qədər müvafiq müraciətin ötürücü sistem operatoru kimi “Transelectrica” tərəfindən, ümumi prosesə nəzarətin isə GECO ilə birgə həyata keçirilməsi razılaşdırılıb.
Həmçinin Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Birgə Müəssisəyə Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponentlə əlaqədar məsələlərin TİƏ-nin iş həcmində nəzərə alınması üçün müvafiq səlahiyyətlər verilib. İclas çərçivəsində Energetika Nazirliyi ilə CESI şirkəti arasındakı müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd imzalanıb.
Nazirlərin növbəti görüşünün Gürcüstanda keçirilməsinə qərar verilib.
Yekunda nazirlərin Budapeşt görüşünün nəticələrinə dair brifinq keçirilib.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 42 d. əvvəl
-
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)






.jpg)



.jpg)







