Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Birjalarda Son Durum - 10.03.2025 Ötən həftə Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanmasına, Amerikada isə əmək bazarı, xüsusilə də NFP hesabatının ötən ay ilə müqayisədə artımla dərc olunmasına, həmçinin, Avropa Mərkəzi Bankının faiz dərəcələrini növbəti dəfə azaltmasına baxmayaraq dolların çöküşü bütün həftə ərzində davam edib. Donald Trampın tarif siyasətinin ABŞ-ın xarici ticarət siyasətində yol açacağı fəsadlar, Yaxın Şərqdə gərginliyin yenidən artması, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, ən əsası bu sadalanan mövzularda ABŞ prezidentinin seçki platformasında verdiyi vədlərə əməl etməməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. EURUSD və GBPUSD məzənnələri təqribən 5000 point və 4000 point bahalaşaraq, müvafiq olaraq 1.08900, 1.29500 hədlərinə yüksəldilər. USDJPY cütlüyü 151.300 həddindən 146.900 həddinə kimi, USDCHF cütlüyü isə 0.90300 səviyyəsindən 0.87670 səviyyəsinə kimi sərt enişlə yadda qaldı. Qızıl son bir həftə ərzində üfüqi tendensiya sərgiləyir. “Buğalar” qiyməti 2900$-ın üzərində qoruyub saxlaya bilsələr də, artım tendensiyası səngiyib. Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehlak Qiymətlərinin Baza İndeksi (CPI), İngiltərədə və Yaponiyada ÜDM hesabatı və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı olacaq. Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə ABŞ-da “JOLTS” - Boş İşyerləri və Vakansiyalar Hesabatı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, eləcə də Kanada Mərkəzi Bankının faiz qərarı olacaq. EUR Ötən həftə ərzində 1.08900 səviyyəsinə qədər yüksələn EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08300 səviyyələrində ticarət olunur. Cari həftə ərzində Almaniyada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir. GBP Keçən həftəni 1.29500 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29050 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər. XAUUSD Fevral ayında ard-arda rekordlar qıran qızıl mart ayının ilk həftəsində 2930$ - 2900$ aralığında üfüqi dalğalanması ilə yadda qaldı. Hazırda, 2908$ həddində ticarət olunan “sarı metal”, həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin qlobal iqtisadi, eləcə də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular “güvənli liman” maliyyə aləti kimi çıxış edən qızıla tələbi yenidən artıra bilər.Ötən həftə Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanmasına, Amerikada isə əmək bazarı, xüsusilə də NFP hesabatının ötən ay ilə müqayisədə artımla dərc olunmasına, həmçinin, Avropa Mərkəzi Bankının faiz dərəcələrini növbəti dəfə azaltmasına baxmayaraq dolların çöküşü bütün həftə ərzində davam edib.
Donald Trampın tarif siyasətinin ABŞ-ın xarici ticarət siyasətində yol açacağı fəsadlar, Yaxın Şərqdə gərginliyin yenidən artması, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, ən əsası bu sadalanan mövzularda ABŞ prezidentinin seçki platformasında verdiyi vədlərə əməl etməməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. EUR/USD və GBP/USD məzənnələri təqribən 5000 point və 4000 point bahalaşaraq, müvafiq olaraq 1.08900, 1.29500 hədlərinə yüksəldilər. USD/JPY cütlüyü 151.300 həddindən 146.900 həddinə kimi, USD/CHF cütlüyü isə 0.90300 səviyyəsindən 0.87670 səviyyəsinə kimi sərt enişlə yadda qaldı. Qızıl son bir həftə ərzində üfüqi tendensiya sərgiləyir. “Buğalar” qiyməti 2900$-ın üzərində qoruyub saxlaya bilsələr də, artım tendensiyası səngiyib.
Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehlak Qiymətlərinin Baza İndeksi (CPI), İngiltərədə və Yaponiyada ÜDM hesabatı və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı olacaq.
Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə ABŞ-da “JOLTS” - Boş İşyerləri və Vakansiyalar Hesabatı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, eləcə də Kanada Mərkəzi Bankının faiz qərarı olacaq.
EUR
Ötən həftə ərzində 1.08900 səviyyəsinə qədər yüksələn EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08300 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Almaniyada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.29500 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29050 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Fevral ayında ard-arda rekordlar qıran qızıl mart ayının ilk həftəsində 2930$ - 2900$ aralığında üfüqi dalğalanması ilə yadda qaldı. Hazırda, 2908$ həddində ticarət olunan “sarı metal”, həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin qlobal iqtisadi, eləcə də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular “güvənli liman” maliyyə aləti kimi çıxış edən qızıla tələbi yenidən artıra bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
12 d. əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
22 d. əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
38 d. əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
45 d. əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 47 d. əvvəl
- 56 d. əvvəl
- 3 saat əvvəl
-
19 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır






.jpg)












