SOCAR-ın dollar istiqrazlarına 412 investordan 510 sifariş olub - 200 MİLYONU DA ALINDI
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır17:14 - 7 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “yaşıl” təyinatlı istiqrazlarının kapital bazarında yerləşdirilməsi münasibətilə “Açılış Zəngi” tədbiri keçirilib.
Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, açılış zəngi tədbiri ilə SOCAR-ın 200 000 000 ABŞ dolları həcmində istiqrazlarının yerləşdirilməsinə başlanılıb.
Tədbir SOCAR Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR prezidenti Rövşən Nəcəf, Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımov və “Paşa Kapital” İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri Bəhruz Nağıyevin açılış nitqləri başlayıb.
Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımov öz çıxışı zamanı SOCAR-ın Bakı Fond Birjası vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. SOCAR-ın tədavülə buraxılan istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də qeyd edib.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 6%, ödəniş dövrü 3 (üç) aydan bir, tədavül müddəti 5 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.
Bu emissiya məhz ətraf mühit və ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.
XXX
15:16 - 14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin qiymətli kağızların abunə yazılışı 15.01.2025-ci ildə başlayaraq 28.02.2025-ci il tarixinə kimi davam etmişdir.
Marja.az BFB-yə istinadən xəbər verir ki, SOCAR istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi 07.03.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
200 milyon dollarlıq istiqrazlara 413 investor tərəfindən 220 milyon dollar məbləğində 548 sifariş təqdim edilib. İstiqrazlar tam məbləğdə (200 milyon dollar) yerləşdirilib.
Qeyd olunan qiymətli kagızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 bəndinin tələblərinə cavab verdiyinə görə Əsas Bazar Listinq seqmettinə alınır.
Yerləşdirmədə sifariş saylarının 4%-ini hüquqi, 96%-ini isə fiziki investorlar təşkil etmişdir.
İstiqrazların buraxılışı “Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi istiqamətində olduğundan istiqrazlar Bakı Fond Birjasının “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınıb və “Yaşıl İstiqraz Bazarı” təsnifləşdirməsi üzrə ilk belə istiqrazlardır.
Məlumat üçün qeyd edək ki, “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınan istiqraz üzrə illik listinq haqqı tutulmur.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003019893
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 200 000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 ABŞ dolları
Buraxılış həcmi: 200 000 000 ABŞ dolları
Nominal (Yerləşdirmə) qiyməti*: 1 000 ABŞ dolları
Reallaşdırılmış həcm: 200 000 000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 220 000 000 ABŞ dolları
İnvestor sayı: 413
Sifariş sayı: 548
Anderrayter: “PAŞA Kapital İ.Ş” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 saat sonra
-
14 d. əvvəl
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
-
20 d. əvvəl
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
- 22 d. əvvəl
- 32 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
Toyota 55 mindən çox avtomobili geri çağırır
bp Castrol-u satır: 65 faizlik pay üçün 6 milyard dollar
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti tarixdə ilk dəfə 4500 dolları keçdi
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT























