“Postcargo” Şuşada da fəaliyyətə başlayıb
“Azərpoçt” MMC-yə məxsus “Postcargo” şirkəti Qarabağ iqtisadi rayonunda fəaliyyət dairəsini genişləndirərək Şuşa şəhərinə də onlayn sifarişlərin çatdırılmasına başlayıb.
“Azərpoçt”un yaydığı məlumatda bildirilir ki, bu günə kimi Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən “Postcargo”, artıq Şuşada yaşayan vətəndaşların da sifarişlərini tez və rahat şəkildə əldə etməsini təmin edəcək. Bunun üçün vətəndaşlarımız postcargo.az saytı vasitəsilə Türkiyə, Amerika Birləşmiş Ştatları və Almaniyadan sifarişlərini həyata keçirə və bağlamalarını birbaşa Şuşa Poçt Filialında qəbul edə bilərlər.
Vətəndaşlardan çatdırılma məntəqəsini seçərkən AZ5800 indeks kodunu qeyd etmələri xahiş olunur.
Şuşa Poçt Filialı Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Xidmətləri Mərkəzində yerləşir. Xidmət həftəiçi saat 09:00-dan 17:00-dək, həftəsonu isə saat 09:00-dan 16:00-dək müştərilərin xidmətindədir.
Bildirilib ki, şirkət ölkə boyu fəaliyyət göstərən yüzlərlə poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 51 d. əvvəl
-
56 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)









.jpg)







