Dünya Bankı yaxın 5 ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə Bankdan bildirilib.
Məlumata görə, 2027-ci ildə bu göstərici 2,2 %-ə, 2028-2029-cu illərdə isə 2 %-ə qədər azalacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi hədəf inflyasiya diapazonu 4±2 % təşkil edir.
İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə orta illik inflyasiyanın 4,6 %, 2026-cı ildə isə 4 % olacağını gözləyir. AMB 2025-ci ilin yanvar ayında elan etdiyi proqnoza əsasən illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə 3,8 % olacağını proqnozlaşdırır.
BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % olacağını proqnozlaşdırır.
Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody's” Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində proqnozlaşdırır. “Fitch Solutions”ın proqnozuna görə, 2025-ci ildə inflyasiya 4 % olacaq, 2026-cı ildə 4,4 %-ə qədər sürətlənəcək.
Niderlandın “ING Group”u Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,2 %, 2026-cı ildə isə 4,9 % səviyyəsində proqnozlaşdırır.
Azərbaycanda ötən il orta illik inflyasiya 2,2 %, bu ilin yanvar ayında isə 5,4 % təşkil edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 13 d. əvvəl
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi















.jpg)



.jpg)
