Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Fevral ayında Beynəlxalq səhnədə ABŞ, Çin, Avropa və digər böyük iqtisadiyyatlarla ticarət əlaqələrində yaranan gərginliklər dünya birjalarında qeyri-müəyyənliyə səbəb oldu və təhlükəsiz liman axtarışında olan investorların qızıl, İsveçrə frankı və Yapon yeni kimi valyutalara yönəlməsinə səbəb oldu.
Ötən ay Donald Tramp tərəfindən elan olunan yeni tariflər ABŞ-ın xarici ticarət siyasətində kəskin dəyişikliklər yaratdı. Bu addım, xarici ticarət axınlarına mənfi təsir göstərərək investorların dollara olan etibarını zəiflətdi. Nəticədə, ABŞ dolları fevralın əvvəli Forex bazarlarında major valyutalar qarşısında kəskin ucuzlaşdı. EURUSD 1.05$, GBPUSD 1.26$ hədlərinin üzərinə yüksəldi. USDJPY və USDCHF cütlükləri isə sərt enişlə yadda qaldı. Lakin, fevral ayının son həftəsinin cümə axşamı və cümə günü Amerikada inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra FED-in mart toplantısında faiz dərəcələrini sabit saxlayacağına dair ehtimalların güclənməsi fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. EURUSD və GBPUSD məzənnələri müvafiq olaraq 1.03600 və 1.25600 hədlərinə kimi gerilədi. Qızıl ötən ay ərzində ard-arda rekord qırmağa davam etdi və 2956$-a kimi yüksəldi. Lakin, fevralın 27-si və 28-i ABŞ-da artımla açıqlanan makroiqtisadi göstəricilər fonunda qiymətli metal 2832$-a kimi ucuzlaşdı.
Önəmli makroiqtisadi göstəricilərlə zəngin olan cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM hesabatı və Avropa Mərkəzi Bankının faiz qərarı, eləcə də, ECB sədri Kristin Laqartın, Böyük Britaniyanın baş bankiri Endryu Beylinin, FED sədri Cerom Pavelin çıxışları olacaq.
Həftənin ən önəmli xəbərləri arasında Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də NFP hesabatı da yer alır.
Cari həftə Türkiyədə və İsveçrədə açıqlanacaq CPI, Avrozonada, İngiltərədə, Amerikada, Yaponiyada yayımlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri də birjaların diqqət mərkəzində olacaq.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı lirənin, Avstraliyanın ÜDM hesabatı isə AUD-un qiymətlərinə yön verə bilər.
Cümə axşamı günü keçirilməsi gözlənilən Avropa Liderləri Sammitində isə Avropanın Ukrayna ilə bağlı siyasi vektorunun necə müəyyənləşdiyi maraq doğurur. Qeyd edək ki, investorlar və analitiklər “Ağ ev”-də Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında yaşanan krizdən sonra, Avropa liderlərinin Ukrayna ilə bağlı mövqeyinin necə dəyişməsindən asılı olaraq Ukrayna-Rusiya münaqişəsinin gələcəyinə dair ipucları arayacaqlar.
EUR
Ötən həftə ərzində 1.03600 səviyyəsinə qədər geriləyən EURUSD məzənnəsi cari həftəyə artımla start verdi. Hazırda valyuta cütlüyü 1.4160 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM hesabatı, Avropa Mərkəzi Bankının faiz qərarı və AMB-nin sədri Kristin Laqardın çıxışları avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.25600$ həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.26000 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinqdə artım tendensiyası aktuallıq qazana bilər.
XAUUSD
Qızıl ötən həftə 2956$-a kimi yüksələrək tarixi maksimum səviyyəsini növbəti dəfə yenilədi. Lakin, dəyərli metal sonradan geriləyərək həftəni 2832$ səviyyəsində tamamladı.
Hazırda, 2866$ həddində ticarət olunan “sarı metal”, həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular fonunda “güvənli liman” maliyyə aləti kimi dəstək tapa bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 29 d. əvvəl
-
-
36 d. əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
50 d. əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
2 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
2 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
3 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
5 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Azvak.az-da yeni iş elanları


























