“Apple” ABŞ-da 20 min nəfəri işə götürəcək - 500 MİLYARD DOLLARLIQ SƏRMAYƏ
Apple növbəti dörd il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb. Bu böyük öhdəlik süni intellekt, çip mühəndisliyi, tələbələr və işçilər üçün bacarıqların inkişafı proqramlarını əhatə edən geniş spektrli layihələri dəstəkləyəcək. Apple yaydığı açıqlamada 20 min nəfərin işə qəbul ediləcəyini bildirib.ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən məhsullara tətbiq etdiyi əlavə rüsumlardan yayınmağa çalışan Apple şirkəti, ABŞ-da 20 min nəfəri işə qəbul edəcəyini açıqlayıb. Həmçinin Şirkət, ABŞ-da süni intellekt serverləri quracağını bəyan edib.
Marja.az xəbər verir ki, Apple şirkəti yaydığı açıqlamasında Hyustonda yeni server istehsalı müəssisəsinin yaradılması da daxil olmaqla, müxtəlif investisiyalar üçün növbəti dörd il ərzində 500 milyard dollar sərmayə yatıracağını bildirib. Bu açıqlama, Apple şirkətinin rəhbəri Tim Kuk və prezident Trampın Oval Ofisdə görüşündən bir neçə gün sonraya təsadüf edib.
Ötən həftəki görüşdən sonra Tramp “Apple-ın yüz milyardlarla dollar sərmayə qoyacağını” bildirərək, iPhone istehsalçısının gömrük rüsumlarını ödəmək istəmədiyi üçün ABŞ-a sərmayə yatıracağını vurğulayıb.
“İnnovasiya tarixində yeni səhifə”
Növbəti dörd il ərzində 500 milyard dollarlıq investisiya və 20 000 yeni iş yeri Apple-ın bu günə qədər ABŞ-dakı ən böyük öhdəliyidir. Apple, son beş ildə 20 000 tədqiqat və inkişaf işçisi işə qəbul etdiyini də bəyan edib.
"Biz Amerika innovasiyalarının gələcəyinə nikbin baxırıq və bu 500 milyard dollarlıq öhdəliyimizlə ABŞ-a sərmayəmizi artırmaqdan qürur duyuruq. Amerika innovasiyaları tarixində qeyri-adi yeni bir səhifə yaratmaq üçün ölkə daxilində insanlar və şirkətlər ilə işləməyə davam edəcəyik", - Apple-ın baş direktoru Tim Kuk deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

















.jpg)






