“Yango Azərbaycan” və Azərbaycan Cüdo Federasiyası arasında strateji tərəfdaşlığa start verilib - FOTO
"Yango Azərbaycan" şirkəti və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın əsas istiqamətləri idmana marağın artırılması, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsidir. Olimpiya və dünya çempionu, cüdo üzrə milli komandanın üzvü Hidayət Heydərov, həmçinin cüdo üzrə qadınlardan ibarət milli yığma komandanın üzvləri "Yango Azərbaycan" servislərinin yeni səfirləri olacaqlar.
Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan "Yango Azərbaycan" şirkəti və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlığın qurulmasında məqsəd ölkədə idmana marağın artırılmasına töhfə vermək, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.
"Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığımız texnologiyaların və cüdo fəlsəfəsinin sinerjisidir. Bu əməkdaşlıq nizam-intizam, hörmət və davamlı inkişafa nail olmaq əzmi kimi ortaq dəyərlərə əsaslanır. Məqsəd birlikdə təhsilə dəstək vermək, eləcə də şəhər mühitində mobilliyin təhlükəsizliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş sosial təşəbbüsləri inkişaf etdirməkdir. İnanırıq ki, cüdo fəlsəfəsi təkcə peşəkar idmançılar üçün deyil, bütün şəhər ekosistemi üçün ilham mənbəyi ola bilər", - "Yango Ride" şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov imzalanma mərasimində bildirib.
Strateji tərəfdaşlıq çərçivəsində Olimpiya və dünya çempionu, cüdo üzrə milli komandanın üzvü Hidayət Heydərov, həmçinin cüdo üzrə qadınlardan ibarət milli yığma komandanın üzvləri "Yango Azərbaycan" servislərinin yeni səfirləri olacaqlar.
"Azərbaycan Cüdo Federasiyası "Yango"nun dəstəyini yüksək qiymətləndirir. Bu, təkcə idmana edilən sərmayə deyil, həm də Azərbaycanda qadın cüdosunun gücləndirilməsi istiqamətində atılan mühüm addımdır. Bu tərəfdaşlıq idmançılarımıza daha yaxşı məşq imkanları, beynəlxalq təcrübə və daha yüksək motivasiya qazandıracaq. Sevindirici məqam odur ki, federasiyamızın dəyərləri "Yango"nun prinsipləri ilə üst-üstə düşür. Bu tərəfdaşlıq vasitəsilə biz gender bərabərliyini təşviq edir, təhsili dəstəkləyir və müsbət sosial dəyişikliklərə töhfə veririk. İdmançıları ruhlandıraraq və yeni imkanlar yaradaraq, Azərbaycanın cüdo sahəsində aparıcı ölkələrdən birinə çevrilməsi üçün çalışırıq", - Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Taksi sifarişi və çatdırılma xidmətləri göstərən "Yango Azərbaycan" servisləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə "Yango" supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, məhsulların çatdırılması üzrə "Market" və restoranlardan hazır yeməklərin sifarişi üzrə "Yemək" xidmətləri əlavə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat sonra
-
-
7 d. əvvəl
"Biləsuvar GES Azərbaycanın enerjiyə tələbatının 4-5 %-ni təmin edəcək"
-
12 d. əvvəl
ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
-
59 d. əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
1 saat əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
-
1 saat əvvəl
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab
Ən çox oxunanlar

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilib
