140 mindən çox Toyota və Lexus avtomobili geri çağrılacaq
Toyota təhlükəsizlik risklərinə görə 140 mindən çox Toyota və Lexus markalı avtomobili geri çağıracaq. Əyləc şlanqı və təhlükəsizlik kəməri nasazlığı problemlərinin aşkar edildiyi avtomobillərin sahibləri 2025-ci ilin aprel ayına qədər məlumatlandırılacaq və lazımi təmir işləri pulsuz həyata keçiriləcək.
Toyota istehsal qüsurlarından yaranan təhlükəsizlik risklərinə görə 140 000 ədəddən çox Toyota və Lexus markalı avtomobili geri çağırmaq qərarına gəlib.
Marja.az xəbər verir ki, Şirkətin açıqlamasına görə, geri ağırma iki fərqli texniki problemlə bağlıdır.
Əyləc şlanqı və təhlükəsizlik kəməri problemləri aşkar edilib
Geri çağırışda bildirilir ki, bəzi Toyota Tacoma 4x4 modellərində arxa əyləc şlanqlarının zədələnmə riski var. Toyota, bu avtomobillərin arxa təkərlərində palçıq və kir toplanması halında əyləc şlanqlarının zədələnə biləcəyinə diqqət çəkib.
Bundan əlavə, Toyota Camry və Lexus RX modellərində ikinci sıra mərkəzi təhlükəsizlik kəmərlərinin istehsal zamanı xarab ola biləcəyi bildirilib. Şirkət bu vəziyyətin təhlükəsizlik riski yaratdığını vurğulayıb.
Pulsuz baxış və hissələri dəyişdiriləcək
Toyota, geri çağırılan avtomobillərin sahiblərinə 2025-ci ilin aprelinə qədər məlumat veriləcəyini açıqlayıb. Rəsmi servislər müəyyən edilmiş problemləri həll etmək üçün pulsuz yoxlamalar və hissələrin dəyişdirilməsini həyata keçirəcəklər.
Şirkət rəsmiləri müştərilərin təhlükəsizliyinin prioritet olduğunu bildirib və avtomobil sahiblərinə ən qısa zamanda rəsmi servislər ilə əlaqə saxlamağı tövsiyə ediblər.
Geri çağırılma aşağıdakı Toyota və Lexus avtomobillərinin bəzilərini əhatə edir:
2025 MY Toyota Camry
2025 MY Lexus NX
2024 MY Lexus RX
2025 MY Lexus RX
2024 MY Toyota Tacoma
2025 MY Toyota Tacoma
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
8 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
