Ticarət müharibəsi dollara necə təsir edəcək?
Trampın imzaladığı yeni gömrük rüsumları (tariflər) ilə Dollar bahalaşıb. Bahalaşma trendinin tarif qərarının qüvvəyə minməsindən sonra da davam edəcəyi gözlənilir.İnvestorlar ABŞ prezidenti Donald Trampın ticarət müharibəsini alovlandırması ilə Dolların bahalaşacağını gözləyirlər. Tramp seçiləndən bəri sadəcə tariflərin müzakirəsi dolları bir qədər güclənməsinə üçün kifayət edib.
Marja xəbər verir ki, kKeçən həftə Dollar İndeksi təxminən 1% yüksəlib. Dolların bahalaşması - gömrük rüsumlarının (tariflərin) inflyasiya təzyiqlərini gücləndirəcəyi və ABŞ-ın (FED) faiz dərəcələrini yüksək saxlayacağı, eyni zamanda ABŞ-dan daha çox xarici iqtisadiyyatlara zərər verəcəyi və dolların etibarlı "sığınacaq" cəlbediciliyini artıracağı iddiaları ilə şərtlənir.
ABŞ-ın daha bahalı idxala tələbatının azalacağı fikri də xarici valyutalara mənfi təsir göstərir. Uzun dollar mövqeləri keçən həftənin sonunda yüksək olaraq qalıb. "Eurizon SLJ Capital"ın baş direktoru Stiven Cen, “Bu, qısa müddətdə möhkəmlənən dolları və daha yüksək ABŞ istiqrazlarının gəlirliliyini dəstəkləyəcək” deyib.
"Mizuho Securities"in strateqi Şoki Omori, "Trampın dolların çox güclü olduğu barədə bəyanatı maliyyə bazarlarına təsir göstərsə də, ümumi proqnoz dəyişməyib. ABŞ-da tariflər və inflyasiya təzyiqləri, çox güman ki, dolların bahalaşması istiqamətində əsas tendensiyanı davam etdirəcək" deyib.
Qeyd edək ki, Tramp Çindən idxala 10 faiz, Kanada və Meksikadan idxala isə 25 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Qərar Fevralın 4-dən qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 12 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb




























