Puma şirkətinin səhmləri 20%-dən ucuzlaşıb
Puma şirkətinin səhmləri 2024-cü ilin ilkin nəticələrini açıqladıqdan sonra 20%-dən çox ucuzlaşıb. İdman geyim markasının mənfəəti azalıb və şirkət əməliyyat marjası proqnozunu aşağı salıb. Puma-nın nəticələri, səhmləri 3 ilin ən yüksək səviyyəsinə qalxan Adidasın uğuru ilə ziddiyyət təşkil edirAlmaniyanın idman geyim markası Puma-nın səhmləri 2024-cü il üzrə ilkin maliyyə nəticələrini dərc etdikdən sonra təxminən 22,46% ucuzlaşıb.
Marja xəbər verir ki, Yanvarın 23-də Bakı vaxtı ilə saat 19:30-da onların qiyməti 32,41 avroya başa gəlib.
Bloomberg qeyd edir ki, bu ucuzlaşma şirkət üçün son iki onillikdə ən böyük dəyər itkisi olub.
İlkin nəticələrə görə, Pumanın 2024-cü ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 7,5% azalaraq 282 milyon avro təşkil edib. Məzənnə fərqləri nəzərə alınmaqla, gəlir 4,4% artaraq 8,817 milyard avroya çatıb, bu da şirkətin "orta təkrəqəmli" gəlir artımı proqnozuna uyğundur.
Morgan Stanley-in analitiki Qreys Smalley deyib ki, Pumanın nəticələri Latın Amerikasında gözləniləndən daha zəif performansı, daha güclü ABŞ dolları və təchizat zəncirindəki çətinlikləri əks etdirir.
Bundan əlavə, Puma xərclərin azaldılmasını elan edib. Şirkət 2027-ci ilə qədər 8,5% əməliyyat marjası hədəfinə çatmağı gözləyir. 2024-cü ildə Pumanın əməliyyat marjası 7,1% təşkil edib.
Puma, xərclərin azaldılması proqramının qənaətə, o cümlədən kadr xərclərinə yönəldiləcəyini bildirib. Eyni zamanda şirkətin nümayəndəsi bildirib ki, Puma öz işçilərinin sayını saxlamağa çalışır və işçilərini ixtisar etməyi planlaşdırmır, - Reuters yazır.
Puma dördüncü rüb və 2024-cü ilin nəticələrinə dair tam hesabatı martın 12-də dərc edəcək.
Bloomberg qeyd edir ki, Pumanın problemləri Björn Guldenin 2022-ci ilin sonunda şirkətin baş direktor vəzifəsini tərk etməsindən və onun yerinə Arne Freundt təyin olunmasından sonra başlayıb. Bundan əvvəl Puma yüksəlişdə idi, gəlirləri iki dəfə artdı, lakin sonra markanın uğuru azalıb. Gulden o zaman böhran keçirən Adidasa keçib. Adidas dördüncü rübdə gözlənilmədən güclü satışlar əldə etdiyini bildirib, buna retro idman ayaqqabılarına olan tələbat da kömək edib. Adidas-ın səhmləri 2022-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə qalxıb. Bakı vaxtı ilə saat 16:14-də onların dəyəri 256,7 avro təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
53 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)












.jpg)


