Expressbank-da fiziki şəxslərin depozit portfeli 33 faiz artıb
Expressbank 2024-cü ilin 4-cü rübü üzrə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Expressbank öncəki illərdə olduğu kimi, 2024-cü ili də müsbət nəticələrlə başa vurub. Belə ki, ötən il ərzində Expressbank-ın aktivləri 60 milyon manata yaxın və ya 11% artaraq 560 milyon manatdan 2024-cü ilin sonuna 620 milyon manata yüksəlib. Bununla da Expressbank öz stabil inkişafını qorumağa davam edib.
İl ərzində bankın kredit portfeli 23%-ə yaxın artaraq 409 milyon manatdan 501 milyon manata yüksəlib.
Bankın depozit portfeli 32 milyon manat artaraq 230 milyondan 262 milyon manata qalxıb. Belə ki, təkcə fiziki şəxslər üzrə depozit portfeli əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33% artım göstərərək 152 milyondan 202 milyona yüksəlib.
Qeyd edilib ki, Bankın aktivlərinin artımı mənfəət-zərər göstəricilərində də öz əksini tapır. Belə ki, Bankın xalis faiz gəliri 15%, qeyri-faiz gəlirləri 8%-dən çox artmışdı. Nəticədə Bankın əməliyyat mənfəəti 10% artaraq 20 milyon manat təşkil edir. Bank il ərzində mümkün zərərlər üzrə yaratdığı ehtiyat və vergi xərcləri çıxıldıqdan sonra 11 milyon 237 min manat mənfəət əldə etmişdir.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 2024-cü ilin oktyabr ayında Expressbankın reytinqini gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib.
“Expressbank” ASC 16 filialı ilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
-
42 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 47 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım











.jpg)



.jpg)











