"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti artıb
"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ili 12 milyon 375 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2023-cü ili 12 milyon 2 min manat xlis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 373 min manat artıb.
GƏLİRLƏRİ ARTIB
Ötən il "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 13 milyon 362 min manat və ya 22,7% artaraq 72 milyon 70 min manat təşkil edib. Bankın cəmi əməliyyat xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 9 milyon 368 min manat və ya 21,8% artaraq 52 milyon 294 min manat olub. Cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərindən 3 milyon 994 min manat daha çox artdığı üçün, Bankın əməliyyat mənfəəti 2023-cü ildəki 15 milyon 781 min manatdan 2024-cü ildə 19 milyon 775 min manata yüksəlib.
BANK BÖYÜYÜB
2024-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 25 milyon 812 min manat və ya 8,8% artaraq 31 dekabr 2024-cü il tarixində 317 milyon 589 min manata çatıb. Bank 2023-cü ilin sonunda 291 milyon 777 min manat cəmi kredit portfelinə malik idi.
Keçən il "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri isə 215 milyon 503 min manat və ya 41,8% artaraq 730 milyon 363 min manata yüksəlib.
2024-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli isə 168 milyon 59 min manat və ya 45,8% artaraq 534 milyon 754 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" QSC 99 milyon 589 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 88 milyon 187 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)








