Wall Street banklarının qızılın üçün 2025-ci il proqnozları
Qızıl qiymətlərindəki artımın 2025-ci ildə də davam edəcəyi gözlənilir. Financial Times-ın (FT) sorğusunun nəticələrinin orta göstəricisinə görə, 2025-ci ilin sonuna qədər qızılın unsiyasının təxminən 2795 dollara yüksələcəyi gözlənilir.
Wall Street analitiklərinin fikrincə, qızılın qiyməti 2025-ci ildə daha da artacaq, lakin keçən ilki 27 faizlik artımdan zəif olacaq.
Marja xəbər verir ki, Financial Times-ın sorğusuna əsasən orta hesablamalara görə, ilin sonuna qədər qızılın unsiyasının qiymətinin təxminən 2795 dollara yüksələcəyi gözlənilir.
Hazırda beynəlxalq bazarlarda qızılın unsiyası 2 min 634 dollar səviyyəsindədir. Hesablamalar 6,1 faiz artıma işarə edir.
Qızılın, 2022-ci ildə Ukraynaya tam müdaxiləsindən sonra ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsilə dollardan uzaqlaşan qlobal mərkəzi bankların alışlarından faydalanmağa davam edəcəyi gözlənilir.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salması, yeni seçilmiş prezident Donald Trampın administrasiyası dövründə ABŞ hökumətinin borc səviyyəsinin artması ilə bağlı narahatlıqlar, Yaxın Şərq və Ukraynadakı münaqişələrin də qiymətləri artıracağı gözlənilir.
Heraeus Precious Metals-in qlobal ticarət rəhbəri Henrik Marks, qızılın bu il troya unsiyası üçün 2950 dollara çata biləcəyini proqnozlaşdırır. O, “Mərkəzi bankların faizlərinin gələn il alış üçün güclü əsas olacağını düşünürük” deyib.
Trampın ikinci prezidentlik müddətinin də qızıl qiymətlərinə dəstək olacağını qeyd edən Marks, "Elan etdiyi hər şey borcu artıracaq, bu da dolların zəifləməsinə və inflyasiyanın artmasına səbəb olacaq. Bu, qızılı bahalaşdıra biləcək bir vəziyyətdir" deyib.
Ən yüksək proqnoz Goldman Sachs-dandır
Sorğuda iştirak edənlər arasında ən yüksək qiymət proqnozu 3000 dollar olmaqla Goldman Sachs tərəfindən verilib. Goldman mərkəzi bankların tələbini və FED-in gözlənilən faiz endirimlərini əsas gətirir.
Barclays ucuzlaşma gözləyir
Barclays və Macquarie qızılın qiymətinin ilin sonuna qədər 1 unsiya üçün 2500 dollara düşəcəyini gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
