Xarici şirkət: "Haqsızlıq var, nazirlikdən hərracın dayandırılmasını xahiş edirik"
“Landmark”ın rəhbərliyi hərrac prosesindən narazıdırBir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb.
Məlumata görə, “Landmark” Biznes Mərkəzindən bildirilib ki, binanın hərraca çıxarılmasında haqsızlıq olub.
Belə ki, şikayətçi olan “Libra” MMC-dən (xarici şirkət) saytımıza daxil olan məktubda qeyd edilir ki, məsələ ilə bağlı qərəzli mövqe, haqsızlıq var və bu, hələ də davam edir.
Hazırda Cəmiyyətə məxsus “Landmark” Biznes Mərkəzi “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Həmin Cəmiyyətin adı əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib.
“Libra” MMC-nin səlahiyyətli şəxsləri düşünür ki, cəmiyyət barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.
Şikayətdə bildirilib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır.
Əlavə olaraq qeyd edilib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə “Libra” MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.
Sadalananlara əsasən, “Libra” MMC Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
12 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)






.jpg)



