"Xurma bağlarda qalıb, qiymət 20 qəpiyə düşsə də, alıcı tapılmır"
Tonlarla xurma ya dərilmədən çürüyür, ya da çöl quşlarına yem olur. Xurmanın yerindən alış qiyməti ilə bazarlardakı satış qiyməti arasındakı fərq 5 dəfəyə çatır
Bu il havaların əlverişli keçməsi sayəsində Xaçmaz və Şabran rayonlarında salınmış xurma bağlarında bol məhsul yetişdirilib. Bununla belə, məhsul bolluğuna baxmayaraq, sözügedən rayonların fermerləri yetişdirdikləri meyvənin satışında problemlə üzləşiblər.
Təsərrüfat sahibləri bu il satışının çox zəif olduğunu, bu vəziyyətin onları maddi zərərə uğratdığını deyirlər. O baxımdan, fermerlərin əksəriyyəti yetişdirilməsi üçün əziyyət və xərc çəkdikləri xurmanı dəyər-dəyməzinə satmaqdansa, məhsulu ağacda saxlamağa üstünlük verir. Nəticədə tonlarla xurma ya dərilmədən çürüyür, ya da çöl quşlarına yem olur.
Bağ sahibləri deyirlər ki, xurmanın yerindən alış qiyməti ilə bazarlardakı satış qiyməti arasındakı fərq 5 dəfəyə çatır. Onların sözlərinə görə, alverçilər bağlardan xurmanın bir yeşiyini (təqribən 10 kiloqram) 2 manata alırlar. Bu isə o deməkdir ki, xurmanın hər kiloqramından fermerə cəmi 20 qəpik qalır. Ona görə də kəndlilər xurmanı alverçilərə “hədiyyə etməkdənsə”, məhsulu ağacda saxlamağı daha münasib sayırlar.
Məsələ ilə bağlı Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib ki, rayonda salınmış 759,5 hektar xurma sahəsindən 730 hektarı meyvə verən ağaclardan ibarətdir. Qeyd olunub ki, bu il Xaçmazda 6 min 924 ton xurma yığılıb. Bu da hər hektara 94 sentner məhsuldarlıq deməkdir:
“Hazırda xurma yığımı davam edir. Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdirirlər. Son illər satış zəif olduğundan, fermerlər xurmadan daha gəlirli olan alma, üzüm və gilas kimi məhsuldar meyvələr yetişdirməyə çalışırlar. Xurma hava şəraitinə görə əsasən Aran rayonlarında yetişdirilir və xarici bazarlara çıxarılır. Şimal bölgəsində yetişən xurma isə daha çoxu daxili bazara çıxarılır, qismən də Rusiyaya ixrac olunur”.
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumat verilib ki, rayonda ümumi sahəsi 158,1 hektar olan xurma bağlarından bu il 689,08 ton məhsul yığılıb. Hər hektar üzrə məhsuldarlıq 45,1 sentner təşkil edib.
Həm Xaçmaz, həm də Şabran DAİM-ləri satışın zəif olmasını xurmaçılığın bu rayonların kənd təsərrüfatında əsas sahələrdən biri olmaması ilə izah ediblər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
