Ətriyyat-kosmetika biznesilə məşğul olan sahibkarlar Dövlət Xidmətinə dəvət olunublar
Görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində göstərilməli olan məlumatlar barədə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, istehlakçıların qarşılaşdığı problemlər müzakirə olunub. O cümlədən, ətriyyat-kosmetika vasitələrinin üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi, məhsulların üzərində yararlılıq müddətinin göstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlak bazarında satılan ətriyyat-kosmetika vasitələri ilə bağlı müşahidə olunan pozuntuların dövlət-özəl tərəfdaşlığı çərçivəsində müzakirəsi və onların aradan qaldırılması məqsədilə ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarların iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi, məhsulların üzərində yararlılıq müddətinin göstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, həmçinin ətriyyat-kosmetika mallarının satışı xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri sahibkarların diqqətinə çatdırılıb.
Görüş zamanı sözügedən bazarda mövcud olan çatışmazlıqlar və onların həlli yolları, istehlakçıların daha çox qarşılaşdığı problemlər barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)






