Bu il Qəbələ 58 minə yaxın xarici turist qəbul edib
Cari ilin yanvar-noyabr aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 93 min 431 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 35 min 620 nəfəri və ya 38,1 faizi Azərbaycan, 57 min 811 nəfəri və ya 61,9 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-noyabr aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 min 211 nəfər və ya 27,6 faiz artıb. On bir ayda yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 547 nəfər və ya 1,6 faiz, əcnəbi turistlərin sayında isə 19 min 664 nəfər və ya 51,5 faiz artım qeydə alınıb.
Cari ilin yanvar-noyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil ediblər. Belə ki, on bir ayda bu ölkənin 25 min 283 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-noyabr aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 11602, Birləşmiş Ərəb Əmirliklərindən 5594, Küveytdən 2740, Pakistandan 2537, Gürcüstandan 1134, Rusiyadan 930, Omandan 861, Qətərdən 852, İsraildən 735, Türkiyədən 278, Böyük Britaniyadan 237, ABŞ-dan 243, Bəhreyndən 197, Özbəkistandan 81, Qazaxıstandan 74, İrandan isə 60 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
On bir ayda Qəbələ rayonu ərazisində yerləşən 20 mehmanxana və mehmanxana tipli müəssisədən 17-si fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 37 manat təşkil edib. Turistlərin qonaqlama müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 942 işçi çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)








.jpg)


