General Motors Çin bazarında 5 milyard dollar zərər edib
General Motors (GM) Çində satışları zəiflədiyi üçün 5 milyard dollardan çox zərər edəcəyini açıqlayıb.
Marja.az xəbər verir ki, Şirkət Çində avtomobil satışlarının kəskin azalması və artan yerli rəqabətin təzyiqi altında əməliyyatlarını yenidən quracaq (restrukturizasiya edəcək).
Son illərdə GM bazar payını elektrik və hibrid avtomobillərə böyük sərmayə yatıran Çin istehsalçılarına itirib. Elektrikli və hibrid avtomobillər Çində satılan bütün avtomobillərin yarıdan çoxunu təşkil edir.
GM, dördüncü rübdə 2,6 milyard dollardan 2,9 milyard dollara qədər zərərin Çindəki birgə müəssisə investisiyasının balans hesabatında dəyərsizləşməsini əks etdirəcəyini açıqlayıb. Həmçinin Şirkət bildirib ki, daha 2,7 milyard dollar birgə müəssisənin restrukturizasiyası xərclərinə yönəldiləcək ki, bunun da böyük hissəsi dördüncü rübdə ödəniləcək.
2023-cü ilin ilk doqquz ayında GM Çindəki əməliyyatlarında 347 milyon dollar zərər etmişdi. Bu dövrdə satışlar 20 faizə yaxın, bazar payı isə 8,6 faizdən 6,8 faizə düşmüşdü. 2015-ci ildə GM-in Çindəki bazar payı 15 faizdən çox idi.
GM, Çindəki əməliyyatlarının qısa müddətdə bərpa olunacağını gözləmədiyini bildirib. Şirkətin bəyanatında, “Biz əsas diqqəti kapitalın səmərəliliyinə və xərc intizamına yönəldirik. Çindəki birgə müəssisəmizlə birlikdə biznesimizin davamlı və gəlirli olması üçün çalışırıq. Biz 2025-ci ilin nəticələrinin illik əsasda yaxşılaşma göstərəcəyini gözləyirik."
GM-in Çindəki çətinlikləri dünyanın ən böyük avtomobil bazarı olan ölkədəki ümumi tendensiyanı əks etdirir. BYD və Geely kimi iddialı Çin avtomobil şirkətləri GM kimi Amerika şirkətlərinin, eləcə də Avropa, Yaponiya və Cənubi Koreya avtomobil istehsalçılarının bazar payını yeni modellər təqdim edərək və qiymətləri aşağı salmaqla azaldır. Bundan əlavə, bu Çin istehsalçıları getdikcə daha çox Asiya, Avropa və Latın Amerikası kimi digər bazarlara avtomobil ixrac edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
27 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
36 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib













.jpg)







