"Daxili borcun artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb"

Azərbaycanda daxili borcun həcminin artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb, lakin büdcə xərclərinin artmasına gətirib çıxarıb.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, daxili dövlət borcu üzrə ödənişlər dövlət büdcəsinin tərkibində 2025-ci il üçün 958 mln. manat (136,8 mln. manat əsas borc və 821,2 mln. manat faiz borcu) proqnozlaşdırılır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 39,9%-nə, habelə dövlət büdcəsi gəlirlərinin 2,5%-nə, dövlət büdcəsi xərclərinin isə 2,3%-nə bərabərdir. Bu məbləğ, 2024-cü ilin ilkin proqnozundan 458 mln. manat, yenidən baxılmış məbləğdən isə 787,7 mln. manat çoxdur.
Xərclərin artımının əsas səbəbi iki istiqamətdə özünü göstərir. Birincisi Hökumətin zəmanətli öhdəlikərinin vaxtında icra edilməsi məqsədilə “Aqrarkredit” BOKT-un öhdəliklərinin daxili dövlət borcu kimi təsnifləşdirilməsi və bu öhdəliklər üzrə növbəti il ödənilməli olan 136 mln. manat əsas borc və 13,2 mln. manat faiz borcu ödənişlərinin daxili dövlət borcuna xidmət xərclərində nəzərə alınması, ikincisi isə emissiya edilmiş dövlət istiqrazlarının faiz dərəcələrinin yüksəlməsi ilə əlaqədardır.
Cari ilin ilkin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üzrə xarici dövlət borcunun faiz xərcləri 22,9% azalsa da, daxili dövlət borcunun faiz xərcləri 64,2% artmışdır (yenidən baxılmış göstərici ilə müqayisədə 4,8 dəfə) ki, bu da Hesablama Palatasının daxili dövlət borcunun faiz yükünün artımı ilə bağlı etdiyi çağırışların reallaşdığını deməyə əsas verir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 25 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Yaxın Şərqdə gərginliyin azalması və hasilatın artması ilə neft qiymətləri düşür
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
-
13 saat əvvəl
“Alshaya Group” şirkətinin təcrübələrinin ölkəmizə transferi müzakirə olunub
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qızılın qiyməti atəşkəsdən sonra düşür

Rəsmi məzənnələr açıqlandı

“Şüşəplastmas”a sədr seçiləcək

Hər tərzə uyğun yatırım hesabı

DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
Ən çox oxunanlar

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

AzVak-da yeni vakansiyalar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
