Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı
Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üzrə böyük kredit sazişi imzalanıb.
Marja.az Banka istinadən xəbər verir ki, Sazişə əsasən, beynəlxalq maliyyə institutu "Bank Respublika"ya 4 il müddətinə 40 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) yaşıl kredit ayıracaq.
Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankına ayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədər istixana qazı tullantılarının 40% azaldılması istiqamətindəki səylərinə töhfə verəcək.
“Bank Respublika ilə yaşıl kredit üzrə tərəfdaşlığımızı davam etdirməkdən böyük məmnuniyyət duyuruq. Bu investisiya, Azərbaycanda yaşıl maliyyənin inkişafına dəstək baxımından mühüm bir addımdır. Bank Respublika-ya etimadlarına və əməkdaşlığa hazır olduqlarına görə təşəkkür edirik. Bu vəsaitlərin yerli iqtisadiyyat və ətraf mühitə göstərəcəyi müsbət təsiri görməyi səbirsizliklə gözləyirik”, - deyə FMO-nun icraçı direktoru, Michael Jongeneel qeyd edib.
“İlk növbədə, qeyd etmək istərdim ki, bu sazişin ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində imzalanmasından çox məmnunuq. Bu, bizim iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın dəstəklənməsində olan səylərimizi bir daha nümayiş etdirir. Bizim uzunmüddətli və mühün tərəfdaşımız olan FMO ilə belə böyük məbləğdə sazişin imzalanması beynəlxalq maliyyə təşkilatlarının “Bank Respublika”ya olan etimadını bir daha təsdiq edir və eyni zamanda bizneslərini ekoloji texnologiyalar vasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizi göstərir. Biz əməkdaşlıq üçün tərəfdaşlarımıza təşəkkür edirik və əminik ki, bu saziş ölkədə ekoloji biznes layihələrinin stimullaşdırılması imkanlarını genişləndirəcək və qlobal səviyyədə ekoloji problemlərin həllinə öz töhfəsini verəcək”, – deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
23 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
20 d. əvvəl
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti və aktivləri artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
20 saat əvvəl
Sabah Bakıda yağış yağacağı, rayonlarında bəzi yerlərdə leysan olacağı gözlənilir
- 1 gün əvvəl
-
2 gün əvvəl
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!
-
2 gün əvvəl
Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
-
2 gün əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
2 gün əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti və aktivləri artıb

Rəsmi məzənnələr açıqlandı

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"

BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı
