Balaxanı Sənaye Parkında daha iki şirkət rezident statusu aldı
“Yaşıl dünya naminə həmrəylik ili”ndə və COP29 öncəsi Balaxanı Sənaye Parkında daha iki şirkətə rezident statusu verilib.
“Təmiz Şəhər”ASC-nin təsərrüfat sahələrindən olan Balaxanı Sənaye Parkında qeydiyyata alınan şirkətlər: “Aral Pack” MMC alüminium folqa qapaqları, “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC isə müasir qrafik dizayn əsaslı çap qəlibləri istehsal edəcək.
İstehsal prosesində ətraf mühitin mühafizəsinə və tullantıların azalmasına xidmət edəcək yeni müəssisələr təkrar emal fəaliyyətləri ilə yaşıl iqtisadiyyata töhfə verəcək və yeni iş yerlərinin açılmasına imkan yaradacaq.
Qeyd edək ki, Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir və bu təsərrüfat sahəsi təkrar emalla məşğul olan sahibkarlar üçün əlverişli işgüzar mühitdir. Hazırda yeni rezidentlər “Aral Pack” MMC və “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC də daxil olmaqla Sənaye Parkında 27 rezident qeydiyyatdan keçib və 1200-dən çox yeni iş yeri yaradılıb.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində yeni qeydiyyata alınan rezidetlərlə görüş keçirilib. Cəmiyyətin İdarə Heyətinin sədri Etibar Abbasov müəssisə rəhbərlərinə Balaxanı Sənaye Parkında fəaliyyət göstərmələrini təsdiqləyən qeydiyyat şəhadətnamələrini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 d. əvvəl
- 11 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
Ən çox oxunanlar
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)




.jpg)
.jpg)





.jpg)






