KOBİA: Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb
"Bu statistika onu göstəririr ki, bank və bank olmayan kredit təşkilatları KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar atmalıdır".
Azərbaycanda son 1 il 8 ayda mikro sahibkarlara verilən kreditlər 33 % artdığı halda, orta sahibkarlara verilən kreditlər 27 %, kiçik sahibkarlığa verilən kreditlər isə 12 % azalıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Bu statistika onu göstəririr ki, bank və bank olmayan kredit təşkilatları KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar atmalıdır. Regionlara yönəlik fəaliyyətin genişləndirlməsi üçün yeni filialların yaradılmasına da ehtiyac var", - deyə o qeyd edib.
"Biz KOBİA olaraq, yeni alətlərin tətbiqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik məbləğıi güzəştli kreditə ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə başlamışıq. Bu mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib. Bunlardan 3 milyon manatlıq 514 bildiriş məhz bu ilin 9 ayında təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək", - deyə sədr əlavə edib.
"Bundan əlavə olaraq KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da ayırır. İndiyə qədər 100-ə yaxın belə layihəyə 1,4 milyon manat qrant verilib. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqdədilə startap sertifikatları təqdim olunub", - deyə O.Məmmədov vurğulayıb.
© "Report"
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
