AMB daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və müvafiq dövlət qurumları ilə müzakirə edilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) bildirilib.
Məlumata görə, sığorta penetrasiyasının yüksək olduğu və effektiv tənzimləmənin həyata keçirildiyi xarici ölkələrin təcrübəsi nəzərə alınaraq hazırlanmış təkliflər Azərbaycanda təbii fəlakətlərlə bağlı risklərin sığorta təminatının genişləndirilməsini və zərərçəkmiş vətəndaşlara sığorta ödənişlərinin daha effektiv və çevik mexanizmlərlə həyata keçirilməsini əhatə edir.
“Son illər dünyada baş verən təbii fəlakətlərin nəticələri sığortaçıların maliyyə dayanıqlılığına təhlükə yaradır, onların maliyyə öhdəliklərini tam yerinə yetirməsi ilə bağlı tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu çərçivəyə əsasən, sığortaçıların həm həyat, həm də qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması üçün yeni qaydalar müəyyən edilib. Yeni qaydalara əsasən, sığortaçılardan katastrofik risklər üzrə əlavə xüsusi sığorta ehtiyatı yaratmaq tələb olunur”, - deyə məlumatda qeyd olunub.
AMB iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlərə qarşı yeni sığorta məhsullarının inkişafını prioritet hesab edir: “Son illərdə dünyada təbii fəlakətlərin həm əhali, həm də biznes subyektləri üçün böyük maliyyə itkilərinə səbəb olduğu müşahidə edilir. İqlim dəyişikliyinə səbəb olan istixana qazlarının emissiyasının azaldılması istiqamətində beynəlxalq öhdəliklərə uyğun olaraq, AMB maliyyə institutlarının təklif etdiyi yeni məhsulların dizaynında bu amilləri nəzərə almağı prioritetləşdirib”.
Azərbaycanda həm də "Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026" çərçivəsində ekoloji məsuliyyət sığortasının tətbiqi də nəzərdən keçirilir: “Bu sığorta növü ekoloji zərərlərin aradan qaldırılmasına və ekosistemin tarazlığının təmin edilməsinə xidmət edəcək. Bundan əlavə, aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı məhsullarının neqativ iqlim amillərinin təsiri nəticəsində məhv olması halında fermerlərin sığorta təminatı ilə zərərlərinin kompensasiya edilməsini təmin edir. Son 4 ildə ölkədə aqrar sığorta sahəsində formalaşmış təcrübə bu sistemin təkmilləşdirilməsində və iqlim risklərinin qarşısının alınmasında daha böyük rol oynayacağı gözlənilir.
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
9 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















